İdarəetmə və Etika

İDARƏETMƏ VƏ ETİK DƏYƏRLƏR

Dürüstlük Üzərində Qurulan Holcim Mədəniyyəti

Biz hər zaman qanunlara, daxili qaydalarımıza və ən yüksək etik prinsiplərə əməl edirik. Bizim üçün dürüstlük, şəffaflıq və tərəfdaşlarla açıq münasibət əsas dəyərlərdir. Davranış Kodeksi bütün iş fəaliyyətlərimizin əsasını təşkil edir və bütün əməkdaşlarımız üçün məcburidir. Sağlam düşüncə və ümumi məntiqə əsaslanaraq, bütün fəaliyyətlərimizi ədalətli, məsuliyyətli və hər kəs üçün təhlükəsiz şəkildə həyata keçirməyə çalışırıq.

İşçilər üçün Davranış Kodeksi

Holcim-də Davranış Kodeksi hər gün verdiyimiz qərarlara istiqamət verir. Dürüstlük və şəffaflıq iş mədəniyyətimizin ayrılmaz hissəsi olaraq qalır və şirkət daxilində etibarı möhkəmləndirir.

Davranış Kodeksinin sənədi

Təchizatçılar üçün Davranış Kodeksi

Holcim dayanıqlı inkişafa sadiq olan təchizatçılarla əməkdaşlığa üstünlük verir. Məqsədimiz müştərilərimiz üçün səmərəli satınalma prosesini təmin etmək və məsuliyyətli təchizat zəncirinin idarə olunmasını nümayiş etdirmək üçün təchizatçılarla birgə çalışmaqdır.

Təchizatçılar üçün Davranış Kodeksi

Artıq 2023-cü ildən Holcim Azərbaycan ISO 37001:2016 Korrupsiyaya Qarşı İdarəetmə Sistemi Sertifikatına malikdir. 2025-ci ildə şirkət bu sertifikatı uğurla yeniləyərək düzgünlük, şəffaflıq və etik dəyərlərə sadiqliyini bir daha təsdiqlədi. Cari ildə keçirilən “Surveillance 2“ auditi uğurla tamamlanaraq Holcim-in korrupsiyaya qarşı beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərdiyini və etik idarəetmənin şirkət mədəniyyətinin əsas hissəsi olduğunu bir daha göstərdi.

ISO 37001:2016 Sertifikatı

Korrupsiyaya Qarşı İdarəetmə Sistemi
ISO 37001 Sertifikatı - 2023-2024 illər ISO 37001 Sertifikatı - 2023-2024 illər

Dürüst fəaliyyət "Holcim" şirkətinin dayanıqlı inşaat sahəsində aparıcı tərəfdaş olmasının açarıdır. Biz dürüstlük sayəsində bizə olan etibarı artırır, nüfuzumuzu formalaşdırır, habelə əməkdaş, müştəri və səhmdarlarımız üçün dəyər yaradırıq.

Nə isə sizə yanlış görünürsə və ya hər hansı bir qanunsuzluqdan, siyasət pozuntularından və ya məxfi biznes məlumatının icazəsiz açıqlanmasından şübhələnirsinizsə, “Integrity Line” vasitəsilə bunu bizə bildirməyinizi şiddətlə tövsiyə edirik.

Dürüst hərəkət etmək və düzgün davranışlar nümayiş etdirmək fəaliyyət göstərdiyimiz cəmiyyətlərdə yaxşı vətəndaş kimi öz vəzifəmizi yerinə yetirmək və onların sağlam inkişafını dəstəkləmək üçün vacibdir. Buna görə, dürüstlük korporativ mədəniyyətimizin təməl sütunu kimi təyin etdiyimiz, kim olduğumuzu, nə ilə məşğul oluduğumuzu və nə cür davrandığımızı müəyyən edən əsas dəyərlərdən biridir

 

Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə

Holcim şirkəti dürüstlük və hesabatlılığın inkişaf etdiyi, uyğunluğun diqqət mərkəzində   olduğu mühit yaratmağa çalışır. Holcim şirkətinin kodeksi, siyasətləri və təlimatlarından əlavə sağlam düşüncə və yaxşı mühakimə qabiliyyətindən istifadə etmək biznesin dürüst şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün, hər zaman, kifayət edəcəkdir.

Biznes Davranışı Kodeksi bütün direktorlar, məsul şəxslər və əməkdaşların Holcim şirkətinin biznesi dürüst şəkildə həyata keçirmək öhdəliyini bölüşməsini təmin edir, bu öhdəliyin yerinə yetirilməsi ilə bağlı təlimatları müəyyən edir. O, həmçinin bizim fəaliyyət göstərdiyimiz ölkələrdə qanun və normativ aktlara əməl etdiyimizdən əmin olmağa kömək edir.

Holcim məhsul və xidmətləri keyfiyyət, etibarlılıq və digər meyarlar əsasında satır, lakin bura qətiyyən rüşvət daxil deyil. Beynəlxalq korrupsiya qanunları dünyanın həryerində bütün əməliyyatlarımıza tətbiq olunur. Hər hansı bir formada rüşvət və ya ödəniş təklif etmək, vermək, icazə vermək və ya qəbul etmək, o cümlədən ictimai və ya özəl şəxslərlə əlaqədə olmaq tamamilə qadağandır. Eyni zamanda, iş ilə təmin etdiyimiz üçüncü tərəf şirkətlərə də rüşvət vermək kimi rollarda iştirak etməyə icazə vermirik.Holcim adından fəaliyyət göstərən üçüncü tərəflər də rüşvət verməməli və ya almamalıdır.

"Üçüncü tərəflər" termini müştəri xidmətləri, podratçılar, franchiseçilər, satış agentləri, distribütorlar, gömrük brokerləri, mühasibat və ya hüquq firmaları, vizalar, icazələr və ya yoxlama sertifikatları əldə etməyə kömək edən şirkətlər və birgə müəssisə tərəfdaşları daxil olmaqla geniş bir spektri əhatə edir. Üçüncü tərəf  şirkət növündən asılı olmayaraq, Holcim üçün biznes aparan və ya xidmətlər təqdim edən bütün üçüncü tərəflərin Holcim Üçüncü Tərəf Due Diligence Təlimatına ya da qrup şirkətinizdə tətbiq olunan Üçüncü Tərəf Due Diligence Direktivinə uyğun olaraq seçilməsi və işə götürülməsi çox vacibdir.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sual və şikayət üçün təhlükəsiz yol

https://www.holcim.com/speakup

 

 (012) 446 97 92

 Holcim Organisation Code: 117634

Image
screenshot-846.png