Təlim və inkişaf

 

Əməkdaşlarımız dinamik şirkətimizin ayrılmaz tərkib hissəsidir. Qlobal mühitdə fəaliyyət göstərərək, Holcim şirkəti ən vacib aparıcı qüvvə olan işçilərin peşəkar inkişafına nəzərəçarpan dərəcədə sərmayə yatırır. Təlim və inkişaf proqramları vasitəsilə əməkdaşlarımız yerli və beynəlxalq fəaliyyətin inkişafına öz töhfəsini verir. 

Keyfiyyət baxımından təkmilləşdirilmiş göstəricilərimiz təkcə müştəri və maraqlı tərəflərin tələblərinin qarşılanması ilə məhdudlaşmır, hətta onları üstələyir. Ambisiyamız bütün sahələri əhatə edir: tekniki və texnoloji bacarıqlar, kommersiya və müştəri mükəmməlliyi, idarəetmə və liderlik qabiliyyəti, davamlı inkişaf sahələri ilə bağlı müasir bacarıqlar.

Holcim, əməkdaşların peşəkar biliklərinin daim artırılmasına tövhə vermək, mövcud bilik bazası və zəngin təcrübəsi ilə bölüşmək öhdəliyini öz üzərinə götürür.