Alternativ yanacaq və xammal

 
Alternativ yanacaq mənbəyi (AYM) nədir?
 
csrmv.jpg

 

 
 

Sementin istehsalı prosesi enerji və material tələb edir. Ənənəvi olaraq, sementin əsas tərkib hissəsi olan klinkerin hazırlanması üçün mədən yanacağı və təbii xammal istifadə olunurdu. Lakin son dövrdə istehsal texnologiyasının təkamülü nəticəsində alternativ yanacaqlardan və xammaldan istifadə üçün imkanlar yarandı. Öz biznesini iqtisadi, sosial və ətraf mühit tərəfdən daha sərfəli şəkildə qurmaq məqsədilə Holcim klinkerin istehsalı üçün qeyri-ənənəvi və ya “Alternativ yanacaq mənbəyi”dan (AYM) istifadə edir. AYM həm enerjini, həm də xammalı müəyyən tullantı növlərindən əldə etməyə imkan verir və bununla da bərpa olunmayan təbii sərvətlərin qorunmasını təmin edir. 

 

Alternativ yanacaq ehtiyatları haqqında 8 yanlış fikir:


1. Tullantıları sement zavodlarının sobalarında yandırmaqdansa, onları zibilliyə atmaq daha yaxşıdır. Faktlar əksini göstərir. Tullantılar çürüyərək torpağa çökür və qrunt sularına qarışır. Nəticədə, çirklənmiş ərazi hec bir işə yaramır, məişətdə işlədilmək üçün nəzərdə tutulmuş su mənbələrinin real çirklənmə təhlükəsi yaranır. Çürümə prosesi birbaşa metan adlanan parnik qazının atmosferə buraxılması ilə əlaqədardır. Bu qaz karbon qazına nisbətən istini atmosferdə 20 dəfə möhkəm saxlayır və parnik effektini bilavasitə gücləndirir.

 

2. Tullantılardan alternativ yanacaq kimi istifadə olunması sement zavodunu tullantı yandıran zavoda çevirir. Tullantıların yandırılması üzrə zavodun (yəni zibil tullantılarını yandıran zavod) əsas məqsədi zibilin yandırma metodu  ilə utilləşdirilməsidir (tullantıların idarə olunması sistemində aşağı səviyyə). Bu zavodun məqsədinə tullantıların enerjisindən istifadə yolu ilə maddi istehsal (məsələn, sement istehsal etmək) daxil deyil. Bəzi zibil tullantıları yandıran zavodlar enerji istehsal edir, lakin onların enerji effektivliyi sement sobasından xeyli aşağıdır. Yandırılmadan sonra qalan kül utilləşdirilməlidir.

 

3. Tullantılar sement zavodlarının sobalarında yandırılarkən atmosferə ətraf muhiti çirkləndirən və əhalinin sağlamlığı üçün təhlükə törədən zəhərli maddələr buraxılır. İstənilən yanma prosesi zamanı qaz yaranır. Əgər yanma nəzarətsiz şəraitdə (məsələn, meşə yanğını) baş verirsə, bu zaman  atmosferə təhlükəli zərərli maddələrin yayılması kimi ciddi risk yaranır. Lakin zavodun sobasında yanma prosesi ciddi nəzarət şərtləri altında həyata kecirilir, atmosferə zərərli maddələrin böyük qatışığının yayılmasının qarşısı alınır.

 

4. İstehsal sahələrinin çoxu atmosferdə qazın tərkibinin analizi və nəzarəti üçün tətbiq edilən xüsusi avadanlıqlara malik deyil. Əksinə, biz ən yuksək səviyyəli avadanlıqlardan istifadə edərək havaya buraxılmış  qazların daimi monitorinqini keçiririk. Bu avadanlıqlar qazların və sobanın avtomatik bacasının avtomatik analizatorundan, klinker soyuducusundan, xammal, kömür və sement dəyirmanından ibarətdir. Ölkədə ən muasir sayılan monitorinq sistemi Holcim dünya standartlarına uyğundur. Hesabatlar avtomatik formalaşdırılır və saxtalaşdırılmadan müdafiə olunur.

 

5. Tullantılar yandırılarkən tüstünün boğucu qoxusu ətrafa yayılır. Bərk yanacaq tullantılarının (yəni zavod ərazisində) saxlandığı yerdən 100 metrədək əhatədə (yəni zavod ərazisində) hiss edilən spesifik qoxusu normal sayılır və insan ücün təhlukəsizdir. Kömürün yandırılması və tullantı qatılmış kömürün yandırılması zamanı ayrılan zərərli maddələrin tərkibində əhəmiyyətli fərq yoxdur. Buna görə də ikinci halda qoxunun yaxşılaşdırılması tələbi əsassızdır.

 

6. Tullantıların yandırılması turşu tərkibli yağışların yağmasına səbəb olur ki, bu da bilavasitə zavodun yaxınlığında yaşayan fermerlərin məhsuluna ciddi ziyan vurur. Turşu tərkibli yağışların yağmasında məsuliyyətin əksər hissəsi istehsalatında qazma üsulu ilə hasil olunmuş yanacaq növləri işlədən müəssisələrin payına düşür (məsələn, kömür, belə ki, onun tərkibində çoxlu miqdarda kükürd var). Bəzi rayonların karxanalarında çıxarılan xammalın (əhəng və mergel) tərkibində də kükürd göstəricisi yüksəkdir. Tullantıların tərkibində kükürdün miqdarı kömür və xammaldakından qat-qat azdır.

 

7. Tullantılar sobada yandırılarkən zərərli dioksinlər və furanların şualanması baş verir ki, bu da əhali arasında ciddi xəstəliklərin yaranmasına səbəb olur. Əksinə, yuksək temperatur, yanacaq qatışığının belə yüksək temperaturda özü də nəzarət altında qalması zərərli dioksinlər və furanların məhvinə gətirib çıxarır. Onlar yalnız nəzarətsiz və tam yanma həddinə çatmayan proseslərdə meydana çıxır. Sobada materialın temperaturu 1450 *C–dən, alovun dərəcəsi isə 1800*C-dən cox olur. Yanacaq qarışığı 12-15 saniyə ərzində 1200*C-dən çox temperaturda, 5-6 saniyə isə 1800*C temperaturda qalır. Dioksinlərin və furanların sıxlığı bəzən normadan aşağı olur.

 

8. Tullantılar sobaya birbaşa daxil olur, yəni onların dəqiq tərkibi araşdırılımır.
Bizim işlədiyimiz tullantıların dəqiq görüntüsü və tərkibi məlumdur. Bərk yanacaq maddələrinin sortlara ayrılması  işini mal gətirən təşkilat yerinə yetirir. O, kağız, tekstil, plastmas və s. emal olunmayan tullantıları ayırır. Məhz onlar ənənəvi yanacaq növləri ilə birlikdə istifadə olunur. Bütün zərərli mikroorqanizmlərin məhv edildiyi emala sümük unu da gətirilir. Tullantılar qəbul edilərkən ixtisaslaşdırılmış laboratoriyada tərkibində ağır metalların, kükürd, xlor, kül və rütubətin olub-olmaması yoxlanılır.

Alternativ Yanacaqlar İstifadəsinə Dair Layihə