Şirkət Tarixi

QARADAĞDAN HOLCIMƏ: AZƏRBAYCANIN SEMENT TARİXİ

1949

SSRİ Nazirlər Sovetinin qərarı ilə Qaradağ Sement Zavodunun tikintisi başlayıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub.

Qaradağ Sement Zavodunun tikintisi zamanı
1957-1964

Keçmiş Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir.

Qaradağ Sement Zavodunda istehsal gücünün artırılması
1970-1996

Yüksək ixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində istehsal həcmi 1 500 000 ton olmuşdur. Lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal səbəbindən zavod İsveçrənin Holcim şirkəti tərəfindən özəlləşdirildi.

Qaradağ Sement Zavodunun mütəxəssisləri
1999

Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan edildi. Sentyabr ayının 25-də müəssisənin səhmlərinin əksər hissəsi Holcim şirkəti tərəfindən alındı. Holcim şirkətinin idarəetmədə ciddi münasibəti istehsal həcmini 2003-cü ildə 900.000 tona, 2004-cü ildə 1.140.000 tona çatmasına səbəb oldu. 2005-ci il üçün istehsal hədəfi 1.300.000 ton olaraq müəyyən olunmuşdur.

Qaradağ Sement Zavodunun özəlləşdirilməsi
13 may 2008

İsveçrə Prezidenti cənab Paskal Çouçepin Qaradağ Sement zavodunu ziyarət etmişdir. Şirkətlər Qrupunun yeni investisiyası ilə bağlı və Azərbaycan iqtisadiyyatı üçün vacibliyi məruzə edilmişdir.

İsveçrə Prezidentinin zavoda səfəri
14 aprel 2009

Yüksək səviyyəli danışıqların ardı olaraq quru üsulla işləyən sobanın təməl qoyma mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Holcim Şirkətlər Qrupunun rəhbəri cənab Markus Akerman iştirakı ilə baş tutmuşdur. Bu, Holcim Azərbaycan ASC-nin yeni soba xəttinin yüksək iqtisadi və siyasi vacibliyinin göstəricisidir.

Yeni soba xəttinin təməl qoyma mərasimi
2 aprel 2012

“Qaradağ Sement” ASC re-brendinq olaraq “Holcim Azərbaycan” ASC oldu.

Holcim Azərbaycan brendinin təqdimatı
10 iyul 2012

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Holcim Şirkətlər Qrupunun rəhbəri cənab Bernard Fontana yeni soba xəttin açılışında iştirak etmişdir.

Yeni soba xəttinin açılışı Yeni soba xəttinin açılışı
7 noyabr 2022

Holcim Azərbaycan ilk dəfə yerli bazara “ECOPlanet” aşağı karbonlu sement məhsulunu təqdim edib.

ECOPlanet məhsulunun təqdimatı
21 fevral 2023

Holcim Azərbaycan yeni strategiyanın həyata keçirilməsi ilə tikinti bazarındakı fəaliyyət sahəsini genişləndirib və “GeoBrick” kərpici, “Tector” quru qarışıqları və “CORSO” kimyəvi əlavələri kimi yeni məhsulların istehsalına başlayıb.

Holcim Azərbaycanın yeni məhsul xəttləri
11 oktyabr 2024

Azərbaycanda ilk dəfə ECOPact aşağı karbonlu beton istehsal olunub.

ECOPact aşağı karbonlu beton istehsalı
18 sentyabr 2025

Holcim Azərbaycan tikinti materialları istehsalında “Məhsulun Ekoloji Bəyannaməsi” (EPD) alan ölkədə ilk şirkət olub.

Holcim Azərbaycanın EPD nailiyyəti