DOROFIL®
DOROFIL®

Asfalt-beton qarışığı üçün mineral toz

DOROFIL®

Asfalt-beton qarışığı üçün mineral toz

DOROFİL ® nişanlı aktivləşdirilməmiş mineral toz asfalt-beton istehsalı zamanı qarışığa standartların və texniki şərtnamələrin tələblərinə uyğun faiz nisbətində əlavə olunan üyüdülmüş təbii mineral materiallardan və digər əlavələrdən ibarət doldurucu materialdır.

Azərbaycan Respublikası Geologiya və Geofizika İnstitutunun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin laboratoriya sınaq protokollarına əsasən ГОСТ 16557-2005 standartına uyğunluğu təsdiq olunduğuna istinədən Azərbaycan Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Uyğunluq Sertifikatı verilərək Dövlət reyestrinə qeydiyyata alınmışdır.

DOROFİL ® həmçinin beynəlxalq normaların və şərtnamələrin tələblərinə cavab verdiyinə görə AASHTO, ASTM standartlarına və beynəlxalq asfalt qarışıqlarının hazırlanması metodologiyasına istinadən istifadəsi tam uyğun hesab edilir.

DOROFİL ® Azərbaycanda həyata keçirilən, bir neçə beynəlxalq yol tikintisi layihələrini asfalt-beton laboratoriyalarında qarışığın tərkibinə əlavə edilərək nümunələr üzərində sınaqlar aparılmışdır. Sınaqlar zamanı daş tozu ilə hazırlanmış nümunələrdən fərqli olaraq DOROFİL ® tərkibli nümunələrin fiziki və mexaniki xassələrində bir sıra üstünlüklər müşahidə edilmişdir.

Aşağıdaki şəkillərdə nümunə olaraq müqayisələr göstərilmişdir.

İstifadədə üstünlükləri

DOROFİL ® nişanlı mineral tozu asfalt-beton qarışığına əlavə etməkdə asfalt-beton təbəqələrinin aşağıda qeyd edilən bir çox xüsusiyyətlərinin yaxşılaşdığı müşahidə edilir:

  • Qarışığın axma həddini azaldır,
  • Qarışığın möhkəmliyini artırır,
  • Qarışığın məsamələrini doldurur və bununla təbəqələrin daxilinə suyun nüfuz etməsinin qarşısını alır,
  • Təbəqəyə su daxil olmadığına görə qış mövsümündə təbəqə daxili suların donaraq genişlənməsi nəticəsində daxildən parçalanma baş vermir,
  • Təbəqənin məsaməliyi minimuma endirildiyinə görə təbəqənin səthi ovulması və aşınması prosesi yubanır,
  • Təbəqənin kipləşdirilməsi zamanı çatlar yaranmır və təbəqənin kipləşdirmə vaxtının uzanmasına imkan verir,
  • Təbəqənin elastikliyini artırır. Yuxarıdakılar nəzərə alınaraq, asfalt-beton qarışığına və təbəqələrinə olan bütün texniki tələbləri özündə cəmləşdirərək uzunömürlülüyünü təmin edir.

Xassələri

DOROFİL ® nişanlı mineral toz ГОСТ 16557-2005 qeyd edilmiş narınlıqda istehsal edilir, açıq bej rəngli tozvari materialdır.

DOROFİL ® asanlıqla bitumla qarışır

Qablaşdırma

DOROFİL ® qalaq şəklində çatdırılır

Qeyd

DOROFİL ® materialı nəm mühitdə kristallaşır