ECOPact - Aşağı Karbonlu Beton
Hazırda tikinti sektoru dünyada CO2 tullantılarının təxminən 40%-ni təşkil edir və dekarbonizasiyası prosesini sıfır tullantı səviyyəsinə malik gələcək üçün mühüm əhəmiyyət kəsb edir. Holcim artıq dünyada geniş çeşidli aşağı karbonlu beton istehsalına başlamışdır. Bu həllərdən biri, geniş tədqiqat və sınaqlar nəticəsində yaradılan innovativ dizayna malik ECOPact betonudur. Bu aşağı karbonlu beton seriyası binalarda, infrastruktur layihələrdə karbon tullantılarını ən azı 30% azaltmaq qabiliyyətinə malikdir. Bu məhsul artıq dünyanın 30-dan çox bazarında mövcuddur.