DOROSOL®
DOROSOL®

Gil tərkibli qruntların möhkəmləndirilməsi üçün hidravlik yapışdırıcı

DOROSOL®

Gil tərkibli qruntların möhkəmləndirilməsi üçün hidravlik yapışdırıcı

DOROSOL® hidravlik yapışdırıcısı yol tikintisi işlərində və ya digər torpaq işləri zamanı tətbiq edilən, AZS EN13282-2:2021 standartına uyğun olaraq istehsal edilən hidravlik yapışdırıcılar qrupuna aiddir.

DOROSOL® tikinti zamanı gil tərkibli plastik qruntların maksimal quru sıxlığına istinadən laboratoriya şəraitində təyin edilmiş faiz nisbətində qatılır və həmin qruntların fiziki – mexaniki xassələrini dəfələrlə gücləndirir. Beləki, yüksək şişmə faizinə malik gilli qruntların şişmə faizini sıfıradək endirir, plastik olan gilli qruntları qeyri plastik dərəcəyə çatdırır və həmçinin yük daşıma qabiliyyətini 10 dəfəyədək artırır.

Nəticə etibarı ilə yol tikintisinə tamamilə yararsız gil tərkibli qruntlar yol tikintisi beynəlxalq texniki şərtnamələrinin və ASTM, AASHTO standartlarında təsnif edilən qruntların sinifləndirilməsi cədvəlində dolğu işlərinə yararlı materiala çevrilir. Əlavə olaraq fiziki-mexaniki xassələrin gücləndirilməsi dedikdə, gil tərkibli qruntlarda yapışdırıcı rolunu oynayaraq qruntu möhkəmləndirir, gil tərkibli qruntdan ibarət layların su hopma nəticəsində strukturunun pozulması, deformasiyası kimi mənfi xüsusiyyətlərinin qarşısını alır və layların yük daşıma qabiliyyətini, sürüşməyə müqaviməti ilə elastiklik modulunu dəfələrlə artırır.

Yuxarıdaki xassələrin artmasını nəzərə alaraq yol işlərində yararsız qruntların qazılıb atılması və uzaq məsafələrdən yararlı qruntların daşınması kimi işlər ixtisara salınaraq tikintidə əhəmiyyətli dərəcədə zaman və vəsait qənaətləri əldə edilir.

DOROSOL® tikintidə aşağıdaki sahələrdə bir neçə məqsədlə tətbiq olunur:

  • I – V texniki dərəcəli avtomobil yollarının yol yatağının, yük daşıma qabiliyyətinin və suya davamlılığının artırılması;
  • I – V texniki dərəcəli avtomobil yollarının torpaq dolğusunun yük daşıma qabiliyyətinin və suyadavamlılığının artırılması;
  • Dəmir yollarının tikintisi zamanı yol yatağının, yük daşıma qabiliyyətinin və suyadavamlılığının artırılması;
  • Dəmir yollarının tikintisi zamanı küvetlərin möhkəmləndirilməsi və suyadavamlılığının artırılması;
  • Hündür tökmələrdə qruntun möhkəmləndirməsilə statik və dinamik yük altında uçqunların, sürüşmələrin və dərin çatların əmələ gəlməsinin qarşısının alınması;
  • Bermaların tikintisi zamanı qruntun möhkəmləndirilməsi;
  • Sürət yığma və kənara çıxma zolaqlarının tikintisi zamanı və ya əlavə olaraq sonradan tikintisi zamanı yol yatağının və torpaq dolğusunun gələcəkdə çökmələrin qarşısını almaq üçün möhkəmləndirilməsi,
  • Körpü yanaşmalarının və su ötürücü boruların geri dolğusunda qruntların möhkəmləndirilməsilə yol geyimi çökmələrinin qarşısının alınması və s.;
  • İri həcmli su anbarlarının, kanallarının və süni göllərin su sızmalarının azaldılması və ya tamamilə qarşısının alınması.

DOROSOL® məhsulunun istifadəsinin effektivliyi haqqında

Fövqaladə Hallar Nazirliyinin S.Ә Dadaşov adına Elmi Tətqiqat Layihə-Konstruktor İnşaat Materialları İnstitutu və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitətqiqatlayihə" İnstitutu tərəfindən hazırlanmış elmi araşdırma və sınaq işlərinə dair Texniki Hesabatda müsbət rəylər və istifadəsi üçün tövsiyələr öz əksini tapmışdır.

İstifadə müddəti

DOROSOL® materialı nəqletmə və saxlama şərtlərinə riayət etməklə çatdırılma tarixindən etibarən 60 gün müddətində istifadə edilə bilər.

Təhlükəsizlik Qaydaları

DOROSOL® dəriyə təmas etdiyi halda dəri bol su ilə yuyulmalıdır.

DOROSOL® təsadüfən gözə təmas etdikdə, dərhal tibbi yardıma müraciət edilməlidir.

İstifadə qaydaları

DOROSOL® aşağıdaki üsulla gil tərkibli qruntlara qatılır:

Sərilmiş və ya mövcud gil tərkibli layın üzərinə birbaşa dartıcıya qoşulan qatqı səpən avadanlıqla DOROSOL® səpilir, xüsusi qrunt qarışdırıcı maşınla qrunta nəmləndirilərək qarışdırılır, avtoqreyderlə səviyyələrə salınır və vərdənələrlə kipləşdirilir.

Tətbiq sahələri

DOROSOL® aşağıda qeyd edilən tikinti sahələrində geniş istifadə edilir:

  • Beynəlxalq və yerli əhəmiyyətli avtomobil və dəmir yollarının tikintisi;
  • Kənd yollarının tikintisi;
  • Kənd təsərrüfatı və əkin-biçin tarlaları yollarının tikintisi;
  • Dövlət sərhədi mühafizə yollarının tikintisi;
  • Neft, qaz və su boru xətləri mühafizə və xidmət yollarının tikintisi;
  • Su kanallarına xidmət yollarının tikintisi;
  • Hərbi təyinatlı yollarının tikintisi;
  • Aeroportların daxili yolları və avtomobil dayanacaqlarının tikintisi;
  • Uçuş – Eniş zolaqlarının tikintisi;
  • Avtovağzalların dayanacaq və daxili yollarının tikintisi;
  • Yaşayış komplekslərin və ticarət mərkəzlərinin daxili yollarının tikintisi;
  • Karxanalara yanaşma yollarının tikintisi;
  • İri zavod, fabrik və istehsalat sahələrinin daxili yolları və platformaların tikintisi;
  • Su kanallarının, su anbarlarının və süni göllərin tikintisi.

Xassələri

DOROSOL® yüksək narınlığa malik, açıq boz rəngli, tozvari materialdır.

DOROSOL® AZS EN 13282-2-2021 standartına əsasən səciyyəvi möhkəmliyə malikdir.