Cookie siyasəti

Cookie-dən istifadə siyasəti

Hazırkı cookie siyasətinin məqsədi istifadə etdiyimiz cookie-lərin xüsusiyyətləri və məqsədi barədə, eləcə də istədiyiniz təqdirdə, məlumatları nəzərdən keçirdiyiniz zaman onların necə məhdudlaşdırılacağı barədə sizə məlumat verməkdən ibarətdir. Sizi, həmçinin rəsmi bildirişimizi oxumağa dəvət edirik.

Cookie nədir?

Cookie - daxil olduğunuz vebsaytlar tərəfindən qurğunuza yerləşdirilən kiçik mətn faylıdır.

Cookie - lərdən əksər hallarda vebsaytların işləməsinə və ya daha effektiv işləməsinə, eləcə də vebsayt sahiblərinə məlumat verilməsinə imkan yaratmaq üçün istifadə olunur.

Hər şeydən əvvəl, cookie - lər qurğunuzun identifikasiyasına imkan yaradır.

Cookie-lərdən istifadə

Holcim Azərbaycan cookie -lərdən bir çox müxtəlif səbəblərdən istifadə edir.

Ümumiyyətlə, cookie -lərin iki əsas kateqoriyası mövcuddur:

  • Funksional kukilər
  • Performans kukiləri

Funksional cookie -lər texniki tələblərə cavab verir. Onlar vebsaytlara səmərəli və etibarlı qoşulmaq üçün tələb olunur.

Performans cookie -ləri daha çox istifadə olunan faylları asanlıqla, daha sürətlə tapmaq və istifadə etməkdə kömək edərək, üstünlük verdiyiniz faylları qeyd edir və onların axtarışını asanlaşdırır. Bu cookie -lərdən, həmçinin statistik məqsədlər üçün də istifadə olunur.

Bu cookie -lər müxtəlif mənbəyə, funksiyaya və davamiyyət müddətinə malik ola bilər.

  • Birbaşa cookie-lər: Holcim Azərbaycan-ın vebsaytına daxil olarkən yalnız Holcim Azərbaycan vebsaytında oxuya biləcəyiniz cookie -lərə istinad edir.
  • Dolayı cookie-lər: vebsayta daxil olarkən üçüncü tərəflərin yerləşdirdikləri cookie-lərə istinad edir, məsələn, sosial media səhifələrinin yerləşdirdikləri cookie -lər
  • Funksional cookie-lər: vebsaytın düzgün işləməsini (məsələn, login, qeydiyyat və dil seçimi cookie-ləri), yaxud veb-istifadəçilərin dəqiq şəkildə tələb etdikləri xidmətləri təmin edir. Funksional cookie -lər birbaşa cookie -lərdir.
  • Performans cookie-ləri: vebsayta statistik, sosial və kommersiya məqsədləri üçün və ya ümumi istifadəçi profili yaratmaq üçün yerləşdirilir. Performans cookie-ləri birbaşa və ya dolayı ola bilər.
  • Statistik məqsədlər üçün yerləşdirilən cookie -lər vebsaytda yerləşdirilən səhifələr və kompüterin yerləşməsi (Google Analytics və s.) barədə məlumat verir.
  • Sosial  məqsədlər üçün yerləşdirilən cookie -lər İnternet istifadəçilərinə sosial şəbəkələrə (Twitter, Facebook, və s.) daxil olunan vebsaytın məzmununu paylaşmaq imkanı verir.
  • Daimi cookie -lər: sərt diskinizdə qabaqcadan müəyyən edilmiş vaxt müddətinədək, yaxud onları siləcəyiniz müddətədək qalır.
  • Seans cookie -ləri (yaxud müvəqqəti cookie -lər): faylın axtarıldığı müddətdə fəaliyyətinizi asanlaşdırır. Bütün seans cookie -ləri brauzeri bağladığınız zaman silinir.

Holcim Azərbaycan hansı növ Cookie lərdən istifadə edir?

Holcim Azərbaycan həmişə öz vebsaytını yaxşılaşdırmaq və sizə təklif etdiyi xidmətləri təkmilləşdirmək üçün yeni yollar axtarır. Holcim Azərbaycan vebsaytdan istifadəni və onun funksionallığını yaxşılaşdırmaq və ondan necə istifadə edəcəyinizi  daha yaxşı anlamanız üçün cookie -lərdən istifadə edir.

- Funksional kukilər

Holcim Azərbaycan vebsaytın düzgün işləməsi üçün tələb olunan və şəxsiyyətinizi tanımayan funksional cookie -lərdən istifadə edir.

Cookie-lər saytın istifadəçi üçün daha əlçatan olmasını təmin edir və sizə daha çox fərdi onlayn təcrübə təklif edir.

Aşağıda yerləşdirdiyimiz  funksional cookie -lərlə bağlı ümumi məlumat və daha ətraflı məlumat əldə edə  bilərsiniz.

- Performans cooki-ləri

Holcim Azərbaycan məzmunu təkmilləşdirmək və istifadə rahatlığını artırmaq məqsədilə vebsaytdan istifadəyə dair məlumatları toplamaq üçün performans cookie-lərindən istifadə edir.

 

Sosial şəbəkələrdən olan cookie -lər saytınızın məzmununu və onunla bağlı fikrinizi başqaları ilə bölüşmək imkanı verir, məs. Facebook, Twitter, LinkedIn, Viadeo və s. kimi sosial şəbəkələrdən "Share" (Paylaş) və "Like" (Bəyən) tətbiqetmə düymələri. Bu tətbiqetmə düymələrini təqdim edən sosial şəbəkə, sizin saytda olduğunuz zaman onu klikləməsəniz belə, bu düymədən istifadə etməklə, sizi müəyyən edə bilər. Bu ona görədir ki, əgər siz saytımızda olduğunuz zaman qurğunuzda sosial şəbəkə aktivasiya olunarsa, bəzi cookie-lər saytımıza daxil olduğunuz zaman aidiyyəti sosial şəbəkənin sizi izləməsinə imkan verir.

 

Biz vebsaytımıza daxil olduğunuz zaman sizin barədə məlumat toplamaq üçün sosial şəbəkələr tərəfindən istifadə olunan proseslərə nəzarət edə bilmirik. Lütfən, müvafiq sosial şəbəkələrin şəxsi məlumatların qorunması siyasətlərinə baxın. Bu siyasətlər sizə sosial şəbəkələrlə bağlı, xüsusilə də, hər bir şəbəkə ilə sizin hesab parametrlərinizi konfiqurasiya etməklə müəyyən məxfilik versiyaları təqdim edir. 

 

Sosial şəbəkələrdən olan cookie-lər kimi üçüncü tərəf cooki-lərinin vaxt müddəti Holcim Azərbaycan məlumatı almazdan əvvəl istənilən vaxt dəyişdirilə bilər. Holcim Azərbaycan-a məlumat verildikdən sonra müddət dəyişiklikləri bu siyasətdə göstəriləcək.

 

Brauzer parametrlərinizin konfiqurasiyası

Bütün veb-brauzerlər sizə cookie-lərin davranışlarını məhdudlaşdırmağa və ya onları ləğv etməyə imkan verir. Əməl edilməli olan tədbirlər hər bir brauzer üçün fərqlidir.

 

Siz, həmçinin kompüterinizdə olan cookie-ləri nəzərdən keçirmək və onları ayrı-ayrı, yaxud birlikdə silmək üçün brauzerinizdən istifadə edə bilərsiniz.

 

Aşağıda, ən çox istifadə olunan brauzerlər üçün cookie-ləri necə bloklamağa və/və ya silməyə dair göstəriş verilmişdir:

Siz bütün və ya bəzi cookie-ləri bloklasanız, vebsaytın artıq düzgün işləməməsi və saytın bəzi hissələrinə daxil ola bilməyəcəyiniz bir vəziyyət yarana bilər və buna görə biz məsuliyyət daşımırıq.

Cookie siyasətinə edilən yeniliklər

Biz bu siyasətə, xüsusilə də qanunvericilik tələblərinə cavab olaraq, istənilən dəyişikliyi etmək hüququnu özümüzdə saxlayırıq.

Şəxsi məlumatların qorunması hüquqları

Holcim Azərbaycan tərəfindən istifadə olunan və yuxarıda göstərilən cookie-lərin bəziləri şəxsi məlumatların toplanmasına imkan verir. Holcim Azərbaycan bu şəxsi məlumatların emal edilməsinə görə məsuliyyət daşıyır.

 

Holcim Azərbaycan tərəfindən istifadə olunan və yuxarıda göstərilən cookie-lərin bəziləri şəxsi məlumatların toplanmasına imkan verir. Holcim Azərbaycan bu şəxsi məlumatların emal edilməsinə görə məsuliyyət daşıyır.

 

Holcim Azərbaycan, xüsusilə də Google Inc-dən ("Google") Google Analytics xidmətini statistik məqsədlər üçün istifadə edir.

 

Bu xidmət kontekstində, Google Analytics cookie-ləri (qoşulma məlumatları və faylların axtarışı məlumatları) vasitəsilə toplanan məlumatlar ötürülür və  Amerika Birləşmiş Ştatlarında yerləşən “Google” tərəfindən saxlanılır. “Google” qurumları “Safe Harbor”un üzvləridirlər və məlumatların qorunmasının müvafiq səviyyəsini təmin edirlər (26 iyul 2000-ci il tarixli, 2000/520/EC saylı Reqlament).

 

Şəxsi məlumatlarınızla bağlı sorğu təqdim etmək, onlara çıxış əldə etmək və dəyişiklik etmək hüququnuzdan yararlanmanız üçün Holcim Azərbaycanla elektron poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.