DOROPORT ® TB
DOROPORT ® TB

Dənəvər tərkibli qruntların möhkəmləndirilməsi üçün hidravlik yapışdırıcı

DOROPORT ® TB

Dənəvər tərkibli qruntların möhkəmləndirilməsi üçün hidravlik yapışdırıcı

DOROPORT®TB hidravlik yapışdırıcısı yol tikintisi işlərində və ya digər tikinti işləri zamanı tətbiq edilən, A S EN 13282-2-2021 Z standartına uyğun olaraq istehsal edilən hidravlik yapışdırıcılar qrupuna aiddir.

DOROPORT®TB tikinti zamanı dənəvər tərkibli qruntların xüsusi çəkisinə istinadən laboratoriya şəraitində təyin edilmiş faiz nisbətində qatılır və həmin qruntların fiziki - mexaniki xassələrini dəfələrlə gücləndirir.

Fiziki – mexaniki xassələrin gücləndirilməsi dedikdə, dənəvər tərkibli qruntlarda yapışdırıcı rolunu oynayaraq qruntu möhkəmləndirir, dənəvər tərkibli qruntdan ibarət layların su hopma nəticəsində strukurunun pozulması, deformasiyası kimi mənfi xüsusiyyətlərinin qarşısını alır və layların yük daşıma qabiliyyətini, sürüşməyə müqaviməti ilə elastiklik modulunu dəfələrlə artırır.

Yuxarıdakı xassələrin artmasını nəzərə alaraq, yol geyimi laylarının qalınlıqlarını azaldaraq və ya bəzi layların tikintisini ləğv edərək ümumi yol en kəsiyinin qalınlığının azaldılması nəticəsində tikintidə zaman və vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət edilir.

DOROPORT® TB tikintidə aşağıdaki sahələrdə bir neçə məqsədlə tətbiq olunur:

  • I - V texniki kateqoriyalı avtomobil yolların yol geyiminin dənəvər əsasının, əsasın alt qatının və əsasın əlavə qatlarını möhkəmləndirərək fiziki-mexaniki xassələrinin artırılması;
  • I - IV texniki kateqoriyalı avtomobil yolların dənəvər tərkibli yol çiyinlərinin və V texniki kateqoriyalı avtomobil yollarının dənəvər tərkibli örtüyünün möhkəmləndirərək su hopma nəticəsində strukturunun pozulmasından, deformasiyalardan və səthinin oyuqlanmasından qoruyaraq istismar müddətinin dəfələrlə artırılması;
  • Yol tikintisi zamanı hündür torpaq tökmələrində təbəqələri möhkəmləndirərək yamacların bərkidilməsi və güclü yağışların təsirindən sürüşmələrin, statik və dinamik yüklərin təsirindən dərin çatların əmələ gəlməsinin qarşısının alınması;
  • Bermaların tikintisi zamanı strukturun möhkəmləndirilməsi;
  • Köhnə, dağılmış asfalt örtüklü yolların müəyyən edilmiş dərinlikdə yerində möhkələndirərək güclü yol əsası kimi istifadə edilməsi;
  • Sonradan tikilən kənara çıxma və sürət yığma yol zolaqların alt laylarının möhkəmləndirilməsi ilə, istismar zamanı dinamik yüklərin təsirindən yaranan çökmələrin əmələ gəlməsinin qarşısının alınması;
  • Körpü yanaşmalarının və su ötürücü boruların geri dolğusunda qruntların möhkəmləndirilməsilə yol geyimi çökmələrinin qarşısının alınması;
  • İri həcmli su anbarlarının, kanallarının və süni göllərin su sızmalarının azaldılması və ya tamamilə qarşısının alınması.

DOROPORT® TB məhsulunun istifadəsinin effektivliyi haqqında

Fövqaladə Hallar Nazirliyinin S.Ә Dadaşov adına Elmi-Tətqiqat Layihə-Konstruktor İnşaat Materialları İnstitutu və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "AzərYolElmitətqiqatLayihə" İnstitutu tərəfindən hazırlanmış elmi araşdırma və sınaq işlərinə dair Texniki Hesabatda müsbət rəylər öz əksini tapmışdır.

Tətbiq sahələri

DOROPORT® TB aşağıda qeyd edilən tikinti sahələrində geniş istifadə edilir:

  • Beynəlxalq və yerli əhəmiyyətli avtomobil və dəmir yollarının tikintisi;
  • Yol çiyinlərinin və küvetlərin tikintisi;
  • Kənd yollarının tikintisi;
  • Kənd təsərrüfatı və əkin-biçin tarlaları yollarının tikintisi;
  • Dövlət sərhədi mühafizə yollarının tikintisi;
  • Neft, qaz və su boru xəttləri mühafizə və xidmət yollarının tikintisi;
  • Su kanallarına xidmət yollarının tikintisi;
  • Hərbi təyinatlı yolların tikintisi;
  • Aeroportların daxili yolları və avtomobil dayanacaqlarının tikintisi;
  • Uçuş – Eniş zolaqlarının tikintisi;
  • Avtovağzalların dayanacaq və daxili yollarının tikintisi;
  • Yaşayış kompleksləri və ticarət mərkəzlərinin daxili yollarının tikintisi;
  • Karxanalara yanaşma yollarının tikintisi;
  • İri zavod, fabrik və istehsalat sahələrinin daxili yolları və platformaların tikintisi;
  • Su kanalları, su anbarları və süni göllərin tikintisi.

Xassələri

Doroport® TB AZS EN 13282-2-2021 standartına əsasən üç möhkəmlik sinfinə ayrılır:

İstifadə müddəti

Doroport TB məhsulu nəqletmə və saxlama şərtlərinə riayət etməklə çatdırılma tarixindən etibarən 60 gün müddətində istifadə edilə bilər.

Təhlükəsizlik Qaydaları

DOROPORT® TB dəriyə təmas etdiyi halda dəri bol su ilə yuyulmalıdır

DOROPORT®TB təsadüfən gözə təmas etdikdə, dərhal tibbi yardıma müraciət edilməlidir

Qeyd

Doroport®TB materialı nəm mühitdə kristallaşır.

Doroport®TB su ilə təmasda olanda qələvi reaksiya baş verir.

İstifadə qaydaları

Doroport®TB iki üsulla dənəvər qruntlara qatılır:

  1. Dartıcıya qoşulmuş qatqı səpən avadanlıqla Doroport®TB sərilmiş və ya mövcud dənəvər tərkibli layın üzərinə birbaşa müəyyən edilmiş faiz nisbətində səpilir, xüsusi qrunt qarışdıran maşınla nəmləndirərək eyni cinsli şəkildə qarışdırılır, avtoqreyderlə səviyyələrə salınır və ağır vərdənələrlə kipləşdirilir;
  2. Xüsusi mexaniki qarışdırıcı qurğularda və ya beton zavodunda dənəvər qrunta Doroport®TB əlavə edilir və optimal nəmliliyə çatanadək qarışdırılır, özüboşaldanlara yüklənərək sahəyə daşınır, asfalt döşəyənlə və ya avtoqreyerlə sərilir və ağır vərdənələrlə kipləşdirilir. Qarışığa su əlavə edildikdən 3 saat sonra sərilib, kipləşdirmə işləri başa çatmalıdır.