Media

 

Dəyərli müştərilərin nəzərinə!

 

Holcim Azərbaycan Qaradağ Sement zavodunun istehsal və təchizat xərclərini nəzərə alaraq, o cümlədən təklif etdiyimiz məhsul və xidmətlərin yüksək keyfiyyət və səviyyəsi təmin etmək məqsədi ilə, satışa təqdim olunan sement məhsullarına tətbiq edilən endirimlər 18 yanvar 2021-ci il tarixindən, klinker məhsullarına tətbiq edilən endirimlər 28 yanvar 2021-ci il tarixindən yenidən baxılacaqdır. Müfaviq sənədlər dəyərli müştərilərimizə öncədən təqdim olunacaqdır.

 

 

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı
30.05.2024-cü il tarixdə saat 10.00-da Azərbycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir
küçəsi, 6 ünvanında yerləşən Hyatt Regency otelinin Quba zalında keçiriləcəkdir. Səhmdarların
qeydiyyatı zalın foyesində saat 09.00-dan 09.45-dək aparılacaqdır.
Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi:
1. Holcim (Azərbaycan) ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin
seçilməsi.
2. Holcim (Azərbaycan) ASC-nin 2023-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının
təsdiqlənməsi.
3. 2023-cü ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.
4. Müşahidə Şurasına üzvlərin və Müşahidə Şurasının sədrinin təyin edilməsi.
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi.
6. Holcim (Azərbaycan) ASC və “Holcim” LTD arasında imzalanan Brend Müqaviləsinə
dəyişikliyin təsdiq edilməsi.
7. Holcim (Azərbaycan) ASC ilə “Holcim Technology” LTD arasında imzalanan Sənaye Əqli
Mülkiyyət müqaviləsinə dəyişikliyin təsdiq edilməsi.

Holcim (Azərbaycan) ASC

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88