İdarə heyəti

Xalid Samaka, Baş Direktor
Xalid Holcim şirkətinə 1996-cı ildə qoşulmuş, Texniki, İnsan resursları və İstehsalat sahəsində Şimali Afrika, Avropa və Asiyada böyük təcrübə qazanmışdır. 2017-2020-ci illərdə Xalid uğurla LafargeHolcim Rusiyada rəhbərlik edib.
Xalid Parisin Dauphine Universitetindən Biznesin İdarəolunması və Ecole Centrale Parisdən Mühəndislik üzrə Magistr dərəcəsinə malikdir.

Dilbər Sultanova, Maliyyə Direktoru
Dilbər Sultanova Holcim Azərbaycan şirkətində 2006-cı ilin aprel ayından fəaliyyət göstərir. O, Bakı Dövlət Universitetindən Tətbiqi və Diaqnostik Riyaziyyat üzrə Magistr və London Kollec Universitetindən İqtisadiyyat üzrə Magistr dərəcəsinə sahibdir.

Əli Hüseynov, Texniki Direktor
Əli Hüseynov 2000-ci ildən Holcim Azərbaycan şirkətinə qoşulub. 2006-2010-cu illər arası Holcim Bolqarıstanda istehsalatla bağlı bir sıra vəzifələrdə çalışmış və yekunda İstehsalat üzrə Menecer olmuşdur. O, 2010-cu ildə yenidən Holcim Azərbaycana qayıtmış və quru üsulla çalışan yeni soba xəttinin İşə Salınması üzrə Menecer vəzifəsinə təyin olunmuşdur. Əli 2014-cü ilin oktyabr ayından Texniki Direktor vəzifəsinə təyin olunmuşdur. Əli Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetindən İnşaat Mühəndisliyi üzrə magistr dərəcəsi almışdır. Ümumi olaraq, Əli sement istehsalı prosesi ilə bağlı 15 ilə yaxın peşəkar təcrübəyə malikdir.

Ulduz Tağıyeva, İnsan Resursları üzrə Direktor
16 iyul 2015-ci il tarixindən Ulduz Tağıyeva Holcim (Azərbaycan) ASC-yə İnsan Resursları üzrə Direktor vəzifəsinə təyin olunmuşdur. Ulduz neft və qaz sektoru sənayesində 20 ildən artıq təcrübəyə malikdir. O,həmçinin Sosial İdarəetmə və Siyasi Elmlər İnstitutunda təcrübə və təlim mübadilə proqramlarında təcrübə alaraq “Charles & Anderson” Qrupda İR üzrə Məsləhətçi kimi çalışmışdır. Ulduz Azərbaycan Dillər Universitenin fərqlənmə diplomunu almış, işçi heyətinin idarəedilməsi üzrə Nottingham Trent Universitetinin məzunudur və insan qaynaqlarının inkişafı üzrə Chateret Institutunda ixtisasartırma kursunu bitirmişdir.