Evdən işləmə - Xətt Rəhbərləri üçün Təlimatlar
Evdən İşləmə
Xətt Rəhbərləri üçün Təlimatlar
Virtual olsun və ya yox işçilər həmişə onlardan nə gözlənildiyini və necə qiymətləndiriləcəklərini bilmək istəyirlər.
Gözləntilərinizi müəyyən edib və məlumat vermək o deməkdir ki,sən və sənin komanda üzvlərin başa düşürlər ki, fəaliyyətlərinə verilən qiymət və onlara verilən təlimlər birbaşa bu gözləntilərlə bağlıdır.
Komandanın uğuru üçün bəzi göstərişlər:
- Fəaliyyəti necə qiymətləndirəcəyindən əmin ol
Şirkətin dəyərlərindən istifadə edərək SMART öhdəliklər razılaşdır və necə qiymətləndirəcəyini müəyyən et və söylə.
- Fikrini müntəzəm danışıqlar üzərində cəmləşdir
Xüsusilə qrupunuz virtual olduqda, hər şeyin yaxşı olduğunu təxmin etmək asandır.Belə olduqda komanda üzvləri ilə rəsmi və ya qeyri rəsmi söhbət etmək imkanı yaratmalısan. Bu o deməkdir ki. hər bir kəslə ünsiyyət qura bilirsən və hamının danışa bilməsi üçün imkan yaradırsan.
Hər bir komanda üzvünün necə davrandığını bilməyin ən asan yolu, hamının işlərini və nəticələrini izləməsinə və tez-tez ünsiyyət qurmasına imkan verən praktik bir sistemə (məsələn, Google drive, Hangouts) sahib olmaqdır.
Müntəzəm komanda Visio görüşlərindən tutmuş, Google Hangout sahəsinə, e-poçt və təkbətək zənglərə qədər mövcud olan çoxsaylı vasitələrdən istifadə edin.
Bu vasitələrdən istifadəni artırmaqla hər bir fərdlə daha sıx əlaqədə olmaq və onun necə inkişaf etdiyini görmək mümkündür.
Komanda səviyyəsində - bir komanda daxilində həftəlik bir yığıncaq və ya komanda lideri ilə həftəlik təkbətək görüş, məsələlərin yığılması və həftə ərzində baş verən hadisələr. gələn və göndərilən e-poçtları minimuma endirmək üçün bir yoldur və hamısını bir iclasda həll etmək mümkündür.
- Email və “Chat”-ın həddən artıq yüklənməsindən ehtiyatlı olun
Bu bir qədər çətindir, bir tərəfdən sən əmin olmalısan ki. hər bir kəslə ünsiyyət qura bilirsən, digər tərəfdən isə bu diqqətin yayınmasına və ya bitib tükənməyən bir forma almasına gətirib çıxarar.
Ehtiyacınıza müvafiq, ən yaxşı işləyən ünsiyyət növünü seç:
- Email – Tez qarşılıqlı əlaqə. Sən həmçinin əksər email danışıqlarını dəyişdirə bilərsən.
- Google Hangouts real vaxt rejimində qarşılıqlı əlaqə qurmağınız üçün lazım olan sürətli mesajlar üçün əladır.
Video söhbət. Ünsiyyət vasitələrindən biri də görüntüsüz səsli əlaqədir. Fəaliyyətdəki problemlər kimi hər bir emosional məsələ telefonla həll olunmaıdır.Video söhbətlər isə daha yaxşıdır, çünki sənə həmin adamla nə baş verdiyini görərək daha yaxşı anlamağa imkan verir.