Holcim Fondu

 

Holcim Fondu

Davamlı İnşaat üçün Holcim Fondu 2003-cü ildə memarlıq, mühəndislik, şəhərsalma və tikinti sahəsində davamlı gələcəyin təmin edilməsi istiqamətində məlumatlılığın artırılması üçün yaradılmışdır. Əsas məqsəd mükəmməl memarlıq və daha yüksək həyat göstəricilərinə nail olmaqla, davamlı inşaatın qeyri-kommersiya təşfiqi və təşəbbüslərin dəstəklənmə

 

Holcim Mükafatları

Fondun flaqmanı Davamlı İnşaat üçün Holcim Mükafatlarıdır. Bu davamlılıq layihələri üzrə dünyanın ən önəmli müsabiqədir. Bu ətraf mühit, sosial-iqtisadi və mədəni məsələləri əhatə edən innovativ, gələcəyə istiqamətlənmiş eləcədə yüksək memarlıq nümunələrini və yüksək dərəcədə ötürülmə layihələrini mükafatlandırır. Hər müsabiqə dövrü elan olunduğu tarixdən bitənə qədər üç illik müddəti əhatə edir. Hər dövrün mükafat fondu 2 milyon ABŞ dolları təşkil edir.

Holcim Awards müsabiqəsi davamlı inşaat haqqında mövcud olan adi fikirlər çərçivəsindən kənara çıxmaq qabiliyyətini, həmçinin ekoloji, sosial və iqtisadi göstəricilərin tarazlaşdırılmasını nümayiş etdirən layihələrin axtarışına istiqamətlənərək iki kateqoriyaya bölünür:

  • “Əsas kateqoriya” memar, layihəçi, mühəndis, layihə sahibləri, landşaft dizaynerləri, inşaatçı və ümumiyyətlə inşaat sahəsi ilə əlaqəsi olan bütün şəxsləri əhatə edir. Ərizələr üç layihə qrupuna aid olmalıdır. İctimai-sosial və mülki tikinti, landşaft, şəhərsalma və infrastruktur və materiallar, məhsullar və inşaat texnologiyaları. 
  • «Növbəti Nəsil» kateqoriyası gənc mütəxəssislər və universitet tələbələrini əhatə edir. Burada layihə müəlliflərinin yaşları 30-dan çox olmamalıdır. Bu kateqoriyada davamlı inkişafa əsaslanan inşaatın əsas tələblərinə cavab verən və həlli yollarını dəstəkləyən layihələr olmalıdır. 

Layihələr davamlı inkişafa əsaslanan inşaatın 5 əsas prinsiplərinə uyğun olmalıdır: tərəqqi, əhali, planet, inkişaf və bacarıq.

 

Yeniliklər və köçürülə bilmə imkanı – “Tərəqqi”

Layihə davamlı inşaatda yenilikləri nümayiş etdirməlidir. Miqyasından asılı olmayaraq qabaqcıl yanaşmalar və irəliləyişlər digər inşaat layihələrin həyata keçirilməsində də tətbiq olunmaq imkanına malik olmalıdır.

 

Etik standartlar və sosial bərabərlik – “Əhali”

Layihə bütün etik standartlara cavab verməli və inşaatın bütün mərhələlərində (planlaşdırma və tikinti prosesindən başlayaraq uzun müddətdə əhaliyə təsir göstərməyədək) sosial bərabərliyi dəstəkləməlidir. Layihə etik və sosial məsuliyyət baxımından qabaqcıl göstəriciləri nümayiş etdirməlidir.

 

Ekoloji keyfiyyət və resurs səmərəliliyi – “Planet”

Layihə istismar və texniki xidmət dövrü daxil olmaqla bütün həyat dövrü zamanı təbii resursların səmərəli istifadəsini və idarəolunmasını nümayiş etdirməlidir. Material və enerjiyə aid uzunmüddətli ekoloji məsələlər tikilmiş strukturun ayrılmaz hissəsinə çevrilməlidir.

 

İqtisadi göstəricilər və uyğunluq – “İnkişaf”

Maliyyə resursların ayrılmasını nəzərə alaraq layihə innovativ və iqtisadi cəhətdən əlverişli olmalıdır. Maliyyələşmə vəsaitlərin qənaəti üçün imkan yaratmalı və bütün tikinti dövrü ərzində tələb və məhdudiyyətlərə uyğun olmalıdır. 

 

Kontekst və bədii təsir – “Bacarıq”

Layihə mədəni və fiziki amillərin reallaşdırılması sahəsində yüksək standartlı memarlıq keyfiyyətini nümayiş etdirməlidir. Böyük əhəmiyyət kəsb edən məkan və forma məsələləri ilə yanaşı tikinti uzun müddətdə ətraf memarlığa təsir göstərməlidir. Davamlı inşaatın təcrübi tətbiqi də daxil olmaqla bütün “əsas meyarlar” Fondun saytında göstərilmişdir. Saytda həmçinin dünyanın müxtəlif regionlarında yerləşən nümunəvi tikililərin təsvirləri də yer alır.

Təqdim olunan layihələr layihələndirilmə mərhələsində olmalı, lakin tikintisi və kommersiya istehsalı 1 yanvar 2019-cu il tarixinə qədər başlanmamalıdır. 25 fevral 2020-ci il tarixinə layihə müəlliflərinin yaşları 18-dən az olmamalıdır.

 

         Holcim Fondu rəsmi veb səhifə