Evdən işləyənlər üçün təlimat göstərişlər.
EVDƏN İŞLƏYƏNLƏR ÜÇÜN TƏLİMAT
GÖSTƏRİŞLƏR
Mütəşəkkillik
Evdən işləmənin (bəzən buna məsafədən işləmə də deyilir) adamlar üçün müxtəlif çətinlikləri ola bilər. Ona görə yox ki, insanlar müxtəlif xüsusiyyətə malikdirlər, həmçinin onların müxtəlif yaşam tərzi var və müxtəlif işlər yerinə yetiririlər.
Evdən işləyən hər bir kəs, işini necə quracağını müəyyən etməli, ailə həyatı ilə iş həyatı arasında həddi gözləməlidir.
Evdən işləmənin pozitivliyini və məhsuldarlığını əks etdirən bəzi göstərişləri nəzərinizə çatdırırıq:
- Uyğun yer seçimi
Özünə evin səs küyündən kənarda mümkün olan bir yer seç Bu sənə gündəlik ev qayğılarından aralanmağa və günün sonunadək işinlə məşğul olmağa imkan verəcək.
- Normal vaxt təyin et
Cədvəl tərtib et və ona əməl et. Aydın vaxt qrafiki iş-ev balansının tənzimlənməsinə şərait yaradır. Evdən işləyərkən normal biznes vaxtı, Bazar ertəsi-Cümə günü saat 9:00 – 4:00 müəyyən edilib; bu müddətdə sən emaillərə və telefonlara cavab vermək iqtidarında olmalısan.
- Gündəlik iş planı tərtib et
Evdən işləmə müddətində vaxtın idarəolunmasına əməl etmək, görəcəyin işin müəyyən olunmuş vaxt müddətində yerinə yetirilməsi üçün mühüm göstərişlərdən biridir.
Verilmiş tapşırıqların üstünlüyü və vacibliyinə uyğun iş planı tərtib et. Bu plan sənin bütün gününü əhatə etməlidir. Bir gün öncə vacibliyinə görə işləri müəyyən et və onun əsasında da işləri yerinə yetir. İşlər yekunlaşdıqca tərtib etdiyin planda tamamladığın işlərin üzərindən xətt çək, bu sənə yüngülləşmə hissi verəcəkdir.
- Ətrafındakı adamlarla şərt kəs
Sən işləyərkən ətrafında və ya evdə olanlarla şərt kəs. Məsələn uşaqlar varsa sən işlədiyin müddətdə onlar nəyi edə bilərlər nəyi yox aydın bilsinlər.
- Fasilələr
Bəzən adamın başı işə elə qarışır ki, hətta fasilə etməyi unudursan. Kompüterdən və telefondan uzaq durmaq məqsədilə özünə vaxt təyin et. Youtube kanalını açıb bəzi klipləri seyr etmək əvəzinə stoldan qalxıb kənarlaşsan yaxşıdır. Fasilə yaxşı işləmək üçün enerji yığmaqdır.
- Cavablandırma vaxtı
İş vaxtı sənə olan suallara, mesajlara cəld cavab verməlisən; bu bir növ kiminsə sənə yanaşıb sual soruşmasına bənzəyir.Dərhal cavab vermək iqtidarında deyilsinizsə, həmin adamı məlumatlandırın ki, siz indi kompüterdən kənardasınız, əlçatan deyilsiniz.
- Həmkarlarınızla faktiki olaraq əlaqə yaradın
Tənhalıq, təcrid olunmaq, ətrafla əlaqəsi kəsilmək kimi hisslər evdən işləməyə aid ümumi problemlərdir, xüsusilə ünsiyyətcil adamlar üçün. Ona görə də həmkarlarınızla Hangout, Connect və ya WhatsApp vasitəsi ilə əlaqə saxlamağı da cədvəinizə daxil etməyiniz vacibdir.
- Həddən artıq ünsiyyət!
Evdən işləyərkən daha çox əlaqədə olmaq məcburiyyətindəsən. Məsafədən işləmək sənin həddən ziyadə ünsiyyətdə olmağını tələb edir- bilməli olan hər kəsə- Xətt rəhbərinə, həmkarlarına cədvəlin və nə vaxt əlaqə saxlamaq iqtidarında olacağın haqqında bildir.
Mühüm tapşırığı və ya layihəni bitirdikdə belə xəbər et. Həddindən artıq ünsiyyət, hər hərəkətinizi izah etmək üçün beş bənddən ibarət inşa yazmağınızı demək deyil, özünü təkrarlamaq demədir.
Menecer və ya iş yoldaşlarınla görüşmək üçün uyğun vaxt müəyyən et. Kiçik problemləri sonra da həll etmək olar ki,bu da sənin fasiləsiz işləməyinə şərait yaradar.
- Pozitiv ol
İnsanlarla üzləşməyiniz nə qədər az olarsa, onlar sizin səs tonunuzun necə olduğunu az şərh edərlər. Uzaqdan və bütün günü işləyərkən belə pozitiv ol!. Nida işarəsini bas və sevdiyin əyləncəni tap! J.
- End your day with a routine
Gününü necə qayda ilə başlayırsansa o qayda ilə yekunlaşdırmağa adət et. Məsələn bu ola bilər iş başa çatdıqdan sonra hər gün kompüteri söndürürsən,və sevdiyin bir audio fayla qulaq asırsan. Nəyi seçirsənsə, onu gündəlik olaraq hər iş günün sonunda et!