Zavodumuzun yaranması 70 illik zəngin tarixə malikdir. 2019-cu ildə zavodun yaradılmasının 70-ci ildönümünü necə qeyd etdiyimiz hər kəsin yadındadır, lakin çox az insan zavodun fəaliyyətə başlamasının 1952-ci ilə təsadüf etdiyini xatırlayar. Bu isə o deməkdir ki, biz bu il zavodun işə salınmasının və məhsullarımızın bazara çıxarılmasının 70 illiyini qeyd edirik. Biz həmişə ölkəmizin bu illərə təsadüf edən dövrlərində onun yanında olmuş və bütün layihələrdə fəal iştirak etmişik. Əminliklə deyə bilərik ki, hər bir əhəmiyyətli dövlət müəssisəsinin binasında, yaxud çoxmərtəbəli yaşayış binasının ərsəyə gəlməsində bizim də töhfəmiz var. Böyük məmnuniyyətlə bildiririk ki, bu həftə Qaradağ zavodunda keyfiyyətli sement növlərinin istehsalı ilə bağlı 70 illik tariximizi əks etdirən yeni dizaynlı kisə məhsullarımızı təqdim olunacaq. Yubiley kisəsi ekoloji cəhətdən +35% daha təmizdir, çünki kağız və kisə istehsalı ilə bağlı CO2-nu azaldır. Biz inanırıq ki, bu dəyişiklik Pərakəndə kisə Sementinin Satışı və Çatdırılması fəaliyyətinə daha çox yenilik gətirəcək və Holcim məhsullarının bazarda görünməsini və cəlbediciliyini artıracaq. Fərdi ev inşaatçılarına və ustalara keyfiyyətli tikinti işlərinin aparılmasında kömək etmək üçün kisənin arxa hissəsində tətbiq qaydaları təklif olunur, bunlara: suvaq və hörgü üçün məhlullar, beton tətbiqləri və s. Daxildir. Mövcud dizaynlı kisələrin ehtiyatı bitənə qədər, hazırki  kisələrdən yubiley dizaynlı kisələrə keçid çevik və mərhələli şəkildə həyata keçiriləcək. Sizi əmin etmək istəyirik ki, Holcim sementlərinin keyfiyyəti yüksək və vahid olaraq qalır. Yubiley kisəsi bizim Davamlı və Etibarlı əməkdaşlığa görə müştərilərimizə minnətdarlığımızı ifadə etmək üsulumuzdur.

Title goes here