Holcim Azərbaycan ASC-nin İllik Ümumi Yığıncağını Keçirmişdir.

 

30 iyul 2021-ci il

30 iyul 2021-ci il tarixində Bakı şəhərində Hyatt Regency Otelində Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilmişdir.

İclas iştirakçıları 2019-2020-ci illər üçün illik hesabatları və illik maliyyə hesabatlarını, yeni zamanda Müşahidə Şurası və Təftiş Komissiyasının tərkibi də təsdiqlədilər. Bundan əlavə, şirkətin Əsasnaməsinə edilən dəyişiklikləri və əlavələri, həmçinin Sənaye Əqli Mülkiyyət müqaviləsinin və Brend Müqaviləsinin təsdiq etdilər.

Yekünda səhmdarlar təklif olunan dividendlərin bölüşdürülməsini təsdiq etdilər və Holcim ASC (Azərbaycan) ilə Holcim Auslandbeteiligungs GMBH arasında kredit müqavilələrinə səs verdilər.

Yığıncaq iştirakçıları gündəlikdəki məsələləri müzakirə edərək müəssisənin illik fəaliyyəti və dayanıqlı inkişaf sahəsində qörülən işlər haqqında təqdimatı dinlədilər. Holcim Azərbaycan ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun keçirilmişdir. 

Holcim Azərbaycan ASC-nin səhmlərinin 66 -i Holcim LTD-yə, 24 -i Holcim Auslandbeteiligungs GmbH şirkətinə, qalan faizləri isə diqər hüquqi və fiziki şəxslərə məxsusdur. 

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88