Azərbaycan bölgələrində pərakəndə sement satış nümayəndələri ilə görüş keçirilmişdir.

 

“Holcim Azərbaycan” bir sıra bölgələrimizdə sement satışı ilə məşğul olan müştərilərlə görüşlər keçirmişdir.

Tikinti materialları bazarında daim innovativ həll yolları tətbiq edən Holcim Azərbaycan şirkəti müştərilərlə keçirilən silsilə görüşlərin davamı olaraq Lənkəran şəhərində sement satışı məntəqələrinin nümayəndələri ilə görüş keçirmişdir. Qeyd edək ki, daha əvvəl görüşlər Bakı  şəhərində və Şimal regionunda baş tutmuşdur.

Cənub regionu üzrə keçirilən tədbirdə Holcim Azərbaycan Qaradağ sement zavodunun tarixi, təcrübəsi və nailiyyətləri haqqında, və eyni zamanda  tam yeni unikal formula ilə hazırlanan, və 2018 ci ildə yenilənərək bazara təqdim edilən Qaradağ Spesial 400 haqqında məlumat müştərilərin diqqətinə təqdim edilmişdir. Eyni zamanda şirkətin təklif etdiyi yeniliklərlə bağlı ətraflı məlumat verildi. Əlavə olaraq, Holcim Azərbaycan şirkətinin təqdim etdiyi Holcim Plus və “1000 kisədə xalis qızıl”, Sosial şəbəkələrdə keçirdiyi kampaniyalar barəsində məlumat verilmişdir.

Tədbirdə qeyd olundu ki Holcim müştərilərin rəylərinə önəm və dəyər verməyə çalışır. Son istifadəçilərin ehtiyaclarını öyrənərək öz məhsullarını daha da mükəmməlləşdirir. Eyni zamanda məhsul çeşidlərinin artırılması üzərində də daim çalışır. Yeni Qardadağ Spesial 400 məhsulu sınaqdan keçirilmək üçün ustaların istifadəsinə verilmişdir. Bu kimi görüşlər Azərbaycanın diqər bölgələrində yaxın qələcəkdə keçiriləcək.

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88