Tender Elanı!

 

 

Holcim Azərbaycan ASC təchizatcı şirkətlər bazasını artırmaq niyyəti ilə asağıdakı xidmətlər üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən təşkilatları əməkdaşlıq etmək üçün dəvət edir:

01/18-HA Holcim Azərbaycan zavodunda müxtəlif növ işlər üçün insan (işçi) gücü - illik müqavilə.

02/18-HA Sənaye alpinizm xidməti - Yüksək hündürlükdə görülən işlər: silosun, qızdırıcı sistemin (preheater) təmizlənməsi - illik müqavilə.

03/18-HA Zavoda məxsus olan mobil avadanlığa xidmət - illik müqavilə.

04/18-HA İskələ xidmətı - illik müqavilə

Maraqlı tərəflər yuxarıdakı gostərilən xidmətin adını qeyd edib, şirkətin profayl məlumatlarını 31.10.2018 tarixinədək, offer-aze@lafargeholcim.com elektron ünvanına göndərə bilərlər. Tenderin nomrəsi mütləq qeyd olunmalıdır.

 

Holcim Azərbaycan ASC -nin tələblərinə uyğun olan sirkətlərə əlavə anket gondəriləcək.

 

Holcim Azərbaycan

Müqavilələr və Təchizat şöbəsi

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88