İsveçrənin Dövlət Katibi Holcim-in layihəsindən məmnun qaldı

30 Oktyabr 2018
 

30 oktyabr 2018-ci il tarixində İsveçrə Hökümətinin Təhsil, Araşdırmalar və İnnovasiyalar üzrə Dövlət Katibi cənab Mauro Dell’Ambrogio Azərbaycana səfəri çərçivəsində “Holcim Akademiyası” adlandırılan Təlim-Tədris, Məsləhət və Məlumat  mərkəzini ziyarət etmişdir. Görüşdə İsveçrə rəsmisi ilə yanaşı İsveçrənin Səlahiyyətli Səfiri, Holcim Azərbaycanın İdarə Heyəti və digər qonaqlar da iştirak etmişdir.

Mərkəzin özəlliyi innovativ texnologiyaların, yeni inşaat materiallarının istifadəsi, tətbiq sahəsi barəsində məlumatların çatdırılmasından ibarətdir ki, bu da ustaların peşəkarlığı ilə yanaşı onların gəlirlərinin artırılmasına səbəb olacaq. Burada suvaqçı, bənna peşəsinə yiyələnmək istəyən ustalar pulsuz praktiki təlim və seminarlarda iştirak edərək yeni peşəyə sahib ola bilərlər, bu da öz növbəsində işsizliyin aradan qaldırılmasına müsbət təsir edəcək. Ən əsası iştirakçılar təlim və seminarlar üçün əvvəlcədən hazırlanmış mövzuların siyahısından seçim edə, həm də onları maraqlandıran yeni bir mövzu təklif edə bilərlər.

“Holcim Akademiyası”nın rəhbəri Aleksandr Potaenko qonaqlara mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək qeyd etdi: “Akademiyanın fəaliyyəti ilkin mərhələdədir və bizim gələcək beş il üçün proqramımız var. Sement və beton işlərində yeni texnoloji avadanlıqların gündəlik fəaliyyətdə istifadə olunması görülən işin keyfiyyət və kəmiyyətini nəzərəçarpacaq dərəcədə artırır”.

Holcim Azərbaycan ASC-nin Baş Direktoru Frederic Guimbal Azərbaycanda tikinti sektorunun yüksək sürətlə inkişaf etdiyini, lakin əməyin mühafizəsi, texniki təhlükəsizlik və peşə tədris işlərininə şirkətlər tərəfindən lazımi diqqətin göstərilmədiyini bildirdi. “Bizim üçün əməyin təhlükəsizliyi və insanlara sıfır xəsarət Holcim-in fəlsəfəsinin əsasıdır və bu sahədə biz güzəştllərə yol vermirik. Məhs buna görə ustaların tədris proqramının tərkib hissəsinə iş yerlərində təhlükəsizlik qaydalarına əməl edilməsini daxil etmişik”

Sabahın bünövrəsini birlikdə quraq!

 

 

Holcim (Azərbaycan) ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:(+99412) 441 88 88

Müştəri Xidməti: (+99451) 250 54 54