Yeni nəsil Holcim Unikal sementi Azərbaycana təqdim olundu

 

 

Sement istehsalında dünya lideri olan Holcim Azərbaycan, su və rütubətdən tam qoruyan, yeni nəsil Holcim Unikal adlı sementini təqdim etmək üçün 1-15 aprel tarixlərində Azərbaycanın 50-dən çox şəhər və rayonunda genişmiqyaslı təqdimatlar, görüş və tədbirlər keçirib.

 

Holcim Azərbaycan ın satış və marketinq komandaları qeyd olunan müddət ərzində Bakı və Sumqayıt ilə yanaşı Bərdə, Cəlilabad, Gəncə, İsmayıllı, Kürdəmir,  Masallı, Quba, Şamaxı, Şəmkir, Şəki və digər regionlara səfərlər edib.

 

Xüsusi “AQUASTOP” texnologiyasına malik olan, özündə həm sement, həm izolyasiya məhsulunu birləşdirən Holcim Unikal yeni nəsil sementini 3000-dən çox bənna və usta, 500 pərakəndə satış məntəqəsi və 15 tikinti materialları bazarına təqdim edib. 

 

Tədbirlərimizdə Holcim Unikal sementini özünü bünövrədən tutmuş, hörgü, xarici suvaq işləri üçün əvəzedilməz vasitə, həm sement, həm də izolasiya məhsulunu birləşdirən məhsulun keçirilmiş sınaqlarının video-görüntüləri, sınaqdan keçirmiş müştərilərin icmal rəyləri də təqdim edilib. Uzun illərdir, ölkəmizin bir çox layihələrini keyfiyyətli və innovativ sement məhsulları ilə təmin edən “Holcim Azərbaycan”ın “Unikal” sementi evinizi su və nəmişlikdən tam qoruyaraq o cümlədən, büdcənizə 50 -dək qənaət etmək imkanı da yaradır.

 

Tikinti bazarlarına təşkil olunan təqdimat turu müxtəlif oyunlar və bol hədiyyələrlə yadda qalıb.

 

Qeyd edək ki, 2012-ci ildə dünyanın aparıcı sement istehsalçısı Holcim, ölkəmizin birinci Qaradağ sement zavodunu müasir avadanlıqlarla təmin edərək “Holcim Azərbaycan” şirkətini qurub. Bu il zavod 70 illik yubileyini qeyd edir.

Video çarx

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88