Azərbaycan inşaatçıları peşə bayramını qeyd edir

 

 

Bu gün Azərbaycanda inşaatçıların peşə bayramı qeyd olunur. Bəşəriyyətin ilk günündən insanlar daim tikinti və inşa işlərinə meyl göstərmişlər. Qızıl əllərə malik bu insanlar  yaradıcı peşənin sahibidirlər. İnşaa etmək - bu yaratmaq və gələcək nəsillərə iz qoymaqdır. Onlar yeni və müasir tələblərə cavab verən binalar inşa etməklə yanaşı keçmişimizdən bizə yadigar qalan memarlıq incilərini bərpa edərək bu günümüzədək gəlib çıxmasına kömək olur. Qeyri neft sektorunun inkişafında əsas pay inşaat sahəsinə düşür. Bu təkçə inşaatçıların yox eyni zamanda memarların, mühəndislərin, tikinti sasəhində çalışan insanların və tikinti materialları istehsalı sahəsində məşğul olan insanların töhfəsidir.

 

Bu bayram davamlı inşaat layihələrini dəstəkləyən Holcim Azərbaycan üçün yadda qalan oldu.  Beləki “İnşaatçılar Günü”  şirkətimizin əməkdaşları Eynulla Nəbiyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İnşaatçılar Günü” peşə bayramı və Həmkarlar ittifaqı işində yaxından iştirakına görə və Sabir Vəliyev isə Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən “Həmkarlar ittifaqında və müəssisədəki fəaliyyətinə görə” fəxri fərmanla təltif edilmişdilər.

 

Holcim Azərbaycan bütün inşaatçıları peşə bayramı münasibətilə təbrik edir və onlara yeni layihələrin həyata keçirilməsində uğurlar arzulayır.

Gələcəyin bünövrəsini birlikdə quraq.
 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88