Əməyin təhlükəsizliyi mədəniyyətini əməkdaşlar arası gücləndirilmək üçün Holcim Azərbaycan 1 günlük “Təhlükəsizlik Günü” təşkil etdi

 

Holcim şirkətinin Vahid Avropa daxilində keçirilən “Əməyin təhlükəsizliyi günü”nə Holcim Azərbaycan ASC də qoşuldu. İşçilər arasında təhlükəsizlik qaydalarına hörmət və riayət və eyni zamanda ƏMTT mədəniyyətinin artırılması bu günün əsas məqsədi kimi seçilmişdi.

Zavod ərazisində təşkil olunan bu aksiya gün ərzində əməkdaşlar üçün interaktiv programla keçirilib. Yol Qaydaları ilə bağlı beş mövzu ətrafında təqdimatlar, video və yekunda tədbir müsabiqə ilə bağlanmışdır.

Mövzuların seçimi də təsadüfi deyil: yolu keçərkən və uşaqların təhlükəsizliyi; nəqliyyatların təhkükəsizliyi; sürərkən təhlükəsizlik; gecə vaxtı sürmə və görsənməyən yerlər. Hər gün muşahidə etdiyimiz yol hadisələri, KİV-də səslənən bədbəxt hadisələr və rəsmi statistika bu problemin aktuallığını təsdiqliyir. Holcim şirkəti əməkdaşların sağlamlığını qoruyaraq bu problemə laqeyid qala bilməz.

ƏMTT üzrə mütəxəssis Əfgan Əsgərov bildirmişdir ki, “özünün və digərlərin sağlamlığı məsuliyyətdən başlayır. Biz effektiv nəzarət sistemi tətbiq edərək, öz üzərimizə düşən öhdəlikləri götürər, daim öz işçilərimiz arasında təbliğat işi aparır və onların biliklərini artırırıq”.

Holcim Azərbaycan hər zaman işçilərin qayğısına qalır və ən yaxşı işə götürən şirkət olmağa çalışmaqdadır.