LafargeHolcim şirkəti Sustainalytics-in tikinti materialları sektoru üzrə ekoloji, sosial və idarəçilik riskləri reytinqində ön sırada yer alıb

 

 

Ekoloji, sosial və idarəçilik risklərinin (ESİ) qiymətləndirilməsi və korporativ idarəetmə üzrə araşdırmada dünya lideri olan Sustainalytics təşkilatı ən son ESİ Risk Reytinqini açıqlamışdır. Təhlil olunan 101 tikinti materialları istehsalçısı arasında LafargeHolcim şirkəti birinci yerə layiq görülmüşdür. Həmçinin bütün sektorlar üzrə qiymətləndirilməsi aparılmış 12,000 şirkət içərisində də LafargeHolcim şirkəti  ilk 20-lər arasında yer almışdır.

 

Şirkətin davanıqlı inkişafı üzrə direktor Maqali Anderson reytinqə bu cür münasibət bildirmişdir: "Bu qiymətləndirmənin nəticələri bizi çox sevindirir və ekoloji təmiz tikinti fəaliyyətinə keçidi daha da sürətləndirmək üçün yeni standartlar müəyyənləşdirməyə həvəsləndirir."

 

Sustainalytics-in hesabatında qeyd olunur ki, şirkət, xüsusilə, güclü korporativ idarəetmə fəaliyyəti və ekoloji, sosial və idarəçilik riskləri ilə bağlı təhlil olunan yeddi əhəmiyyətli aspektin və korporativ idarəetmə amillərinin hər biri üzrə fəaliyyətini təkmilləşdirməsi sayəsində nüfuz qazanmışdır. LafargeHolcim şirkəti 2020-ci il üçün ekoloji, sosial və idarəçilik riskləri üzrə reytinqdə 0-100 ballıq şkalada 19.5 balla qiymətləndirilmişdir. Bu şkalada "0" bal riskin cüzi həddə olduğunu göstərir. Sustainalytic-in ekoloji, sosial və idarəçilik riskləri üzrə reytinqləri 5 risk səviyyəsinə - cüzi, aşağı, orta, yüksək və kəskin yüksək  səviyyələrə uyğun müəyyənləşdirilmişdir.

 

Bundan əlavə, LafargeHolcim şirkəti Institutional Shareholder Services Inc-in 2020-ci ilin aprel ayında dərc olunan ekoloji, sosial və idarəçilik riskləri üzrə korporativ reytinqində "Prime" statusuna layiq görülmüşdür. Bu status fəaliyyətə dair ən mürəkkəb tələbləri yerinə yetirən və sektor üzrə ekoloji, sosial və idarəçilik risklərinə səmərəli şəkildə nəzarət edən şirkətlərə verilir. LafargeHolcim şirkətinin satıla bilən istiqrazları və səhmləri ictimai cəhətdən məsuliyyətli və ekoloji təmiz investisiya tələblərinə cavab verir. Yekun hesabatla tanış olmaq və ekoloji, sosial və idarəçilik riskləri ilə bağlı mövzular üzrə əlavə məlumat əldə etmək üçün buraya nəzər sala bilərsiniz. 

 

LafargeHolcim şirkəti Azərbaycanda Holcim ASC təmsil edir. Global səviyyədə şirkətin nailiyyətinə hər ölkənin tovhəsi var. Bu uğurun bir hissəsi Holcim Azərbaycan ASC-nin payına  düşür. 

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88