İlk ekoloji təmiz ECOPact betonu qlobal səviyyədə təqdim olundu

 

 

LafargeHolcim şirkətinin təqdim etdiyi "ECOPact" sənayedə ən geniş çeşidli ekoloji təmiz betondur. Bu məhsul səmərəli, ekoloji təmiz və sirkulyar nəticələr əldə etməyə imkan verir.  Avropa bazarlarına müvəffəqiyyətlə təqdim olunan "ECOPact" betonunu artıq ABŞ-da da görmək mümkündür. Məhsulu növbəti aylarda Böyük Britaniya, Kanada, Latın Amerika bazarlarına və digərlərinə çıxarmağı planlaşdırırıq. Bu məhsulun təqdimatı şirkətin ekoloji təmiz və sirkulyar tikintiyə keçid prosesini təkmilləşdirmək istiqamətində apardığı strategiyanın zəruri komponentidir.

 

LafargeHolcim-in baş icraçı direktoru Yan Yeniş "ECOPact" barədə bu fikirləri səsləndirmişdir: "Sənayedə ən geniş çeşidə malik ekoloji təmiz məhsul olan "ECOPact"i təqdim etdiyimiz üçün çox sevinirəm. Bu beton yüksək səmərə verən və ətraf mühitə ziyan vurmayan sirkulyar tikinti fəaliyyəti həyata keçirməyə imkan verir. “ECOPact”in İsveçrə, Almaniya və Fransa bazarlarında qazandığı uğurlardan ilhamlanaraq, artıq onu Şimali və Cənubi Amerika bazarlarına çıxarmaq üzrəyik. Biz bu məhsulu geniş miqyasda təqdim edərək ekoloji təmiz tikinti fəaliyyəti üçün daha faydalı materialların istifadəsinə keçid prosesini sürətləndirməyə çalışırıq".

 

Şirkət "ECOPact"i Şimali və Cənubi Amerika bazarlarına çıxarmaqla hər il təxminən 15 milyon m3 hazır beton qarışığının satışını həyata keçirdiyi ekoloji təmiz tikintiyə mühüm töhfə verir.

 

"ECOPact" betonu azkarbonlu məhsuldur. O, standart beton (adi portlandsement) ilə müqayisədə 30-100 daha az karbon emissiya edir. Normativ şərtlərdən asılı olaraq, "ECOPact" məhsulları təkrar emal yolu ilə əldə olunmuş tikinti materialları və partlayıcı vasitələr ilə birlikdə istifadə olunaraq resursların təkrar emal səmərəliliyini artırır.

 

LafargeHolcim şirkətinin bu yeni "ECOPact" məhsullarını təqdim etməkdə məqsədi ekoloji təmiz sirkulyar tikinti sektorunda liderliyi davam etdirməkdir. Artıq xalis gəlirlərinin 1/3-ni ekoloji təmiz məhsulların satışından əldə edən LafargeHolcim şirkəti azkarbonlu məhsul və texnologiyaların ən geniş portfelini təqdim edir. Şirkət sənayenin aparıcı elmi-tədqiqat və inkişaf təşkilatı ilə birlikdə öz innovativ resurslarının 50 -ni ekoloji təmiz məhsulların istehsalı üçün istifadə edir və hazırda müştərilərinin 40 -i bu məhsulların payına düşür. 

 

Şirkət tullantıların emalı və partlayıcı vasitələrin utilizasiyası üzrə qabaqcıl proseslər həyata keçirərək sirkulyar biznes modelindən istifadə edir. Məsələn, LafargeHolcim-in istehsal etdiyi "Susteno" markalı sement Avropada binaların partladılmasından əldə olunmuş qarışıq xırda qırıntılardan əlavə material kimi istifadə edərək resurslara qənaət edən ilk və yeganə sementdir. LafargeHolcim şirkətinin Geocycle markası isə 2019-cu ildə 2 milyonu plastik materiallardan ibarət olan 10 milyondan çox tullantının birgə emalını həyata keçirmişdir.

 

Holcim Azərbaycan şirkətinin baş icraçı direktoru Frederik Guimbal öz çıxışında aşağıdakı fikirləri səsləndirmişdir: LafargeHolcim-in tərkibində fəaliyyət göstərən Holcim Azərbaycan şirkəti hər zaman ekoloji təmiz tikinti materiallarının müştərilərə təqdim olunmasında ən yaxşı tərəfdaş rolunu oynayır. "ECOPact"in Avropa və ABŞ bazarlarında müvəffəqiyyətlə təqdim olunmasından sonra onun, həmçinin Böyük Britaniya, Kanada, Latın Amerikası və Azərbaycan bazarlarına da çıxarılması planlaşdırılır.

 

İqtisadi artım və qeyri-neft sektorunun inkişafı strategiyası ekoloji təmiz tikinti fəaliyyəti və dövri iqtisadiyyatla yanaşı ekoloji təmiz betonun istehsalı üçün də əlverişli şərait yaratmışdır"

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88