Holcim şirkəti Azərbaycan Silahlı Qüvvələri gününü Şəhidlərin xatirəsini yad etməklə qeyd etdi

 

Holcim Azərbaycan şirkəti qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələrinin Gününü şəhidlərin xatirəsinə inşa edilmiş abidəni ziyarət etməklə qeyd etdi.  Abidə Qarabağ uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şirkətin yeddi işçilərinə həsr olunmuşdur.

Tədbirdə Holcim Azərbaycan şirkətinin İdarə Heyətinin üzvləri, şirkətdə çalışan 30-dan artıq zabitlər və eyni zamanda Sahil qəsəbəsinin icma nümayəndələri iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə Holcim şirkətinin İdarə Heyətinin üzvi cənab Əli Hüseynov açmışdır. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. O, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci illiyi ilə bağlı ordunun çətin və şərəfli yollardan keçdiyini qeyd etmiş və Ordunun inkişafı yolunda əmək sərf etmiş bütün vətəndaşlara təşəkkür etmişdir.

Daha sonra Holcim şirkətində çalışan müharibə iştirakçıları və veteranlar öz təəssüratlarını bölüşmüşdür.

Sonda abidənin qarşısında xatirə şəkili çəkdirilmişdir.