Holcim Azərbaycan ASC-nin Səhmdarlarının nəzərinə elan

 

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan höküməti tərəfindən müvafiq tədbirlər görülmüş, həyata keçirilən tədbirlər nəticəsində hal-hazırda ölkədə pandemiya vəziyyəti nəzarət altına alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunmuşdur.

(COVID-19) infeksiyasının yayılmağa başladığı vaxtdan etibarən Holcim Azərbaycan ASC fəaliyyəti zamanı öz işçilərini, tərəfdaşlarını və üçüncü şəxsləri qorumaq üçün vacib tədbirlər görmüşdür.

Lakin nəzərə alınmalıdır ki, hal-hazırda COVID-19 infeksiyası tam aradan qalxmamışdır və pandemiya şəraiti davam edir. Bu baxımdan kütləvi tədbirlərin keçirilməsi və insanların qruplar şəklində cəmləşməsi onların həyat və sağlamlığı üçün risklidir və virusun yayılmasına səbəb ola bilər.

Holcim Azərbaycan ASC-nin rəhbərliyi insanların həyat və sağlamlığının ən vacib məsələ olduğunu nəzərə alaraq virusun yayılmasına və təhlükəli fəsadlarla nəticələnməsinə şərait yaradılmaması üçün “Holcim Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 03.06.2020-ci il tarixinə təyin edilmiş İllik Ümumi Yığıncağının qeyri-müəyyən tarixə təxirə salınması barədə qərar qəbul etmişdir.

Ölkədə infeksiyanın yayılma vəziyyəti və məhdudiyyət tələbləri nəzərə alınmaqla, növbəti aylarda ümumi yığıncağın keçiriləcəyi tarix müəyyənləşdiriləcəkdir.

İllik Ümumi Yığıncağının keçiriləcəyi tarix barədə kütləvi informasiya vasitələrində əlavə məlumat veriləcəkdir.

 

Holcim Azərbaycan ASC

 

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88