Holcim (Azərbaycan) ASC-nin Səhmdarlarının nəzərinə

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 08.06.2022-ci il tarixdə saat 10.00-da Azərbycan Respublikası, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6  ünvanında yerləşən Hyatt Regency Otelin Quba zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı zalın foyesində saat 08.45-dan 09.45-dək aparılacaqdır.

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 08.06.2022-ci il tarixdə keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi:

1. Holcim (Azərbaycan) ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi;

2. Holcim (Azərbaycan) ASC-nin 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi;

3. 2021-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi;  

4. Holcim (Azərbaycan) ASC-nin Təftiş Komissiyasına üzvün təyin edilməsi;

5. Holcim (Azərbaycan) ASC-nin nizamnaməsinə əlavələrin təsdiq edilməsi;

6. Holcim (Azərbaycan) ASC və Holcim International Finance LTD arasında borc müqaviləsinin müddətinin uzadılması.