Holcim Azərbaycan ASC-nin Səhmdarlarının nəzərinə

 

Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası tərəfindən Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı çağırılmışdır. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 2020-ci il İyun ayının 3-də səhər saat 10:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi 1033 ünvanında yerləşən Hyatt Regency Otelin Görüş və Konfrans Mərkəzində yerləşən Quba Zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı Zalın foyesində saat 08:45-09:45-dək aparılacaqdır.

Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 03 İyun 2020-ci il tarixində keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi: 

 

1. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi  Yığıncağının Sədrinin seçilməsi

2. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair  illik hesabatının təsdiqlənməsi

3. 2019 maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi

4. Müşahidə Şurasına üzvün təyin edilməsi 

5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi

6. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi

7. Holcim Azərbaycan ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi

8. Holcim Azərbaycan ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi

9. Holcim Azərbaycan ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LHIF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.

 

 

Holcim Azərbaycan ASC

 

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88