Holcim Azərbaycan ASC-nin İllik Ümumi Yığıncağı keçirildi

 

 

24 aprel 2019-cu il tarixində Bakı şəhərində Hyatt Regency Mehmanxanasında Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilmişdir.

 

Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyində aşağıdakı məsələlər müzakirə edilmişdir.

 

1. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi  Yığıncağının Sədrinin seçilməsi

2. Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq edilməsi

3Təftiş Komissiyasında dəyişikliklərin təsdiq edilməsi

4. HolcimAzərbaycan Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi  

 

Yığıncaq iştirakçıları gündəlikdəki məsələləri müzakirə edərək müəssisənin illik hesabatını və  maliyyə göstəricilərini təsdiq etmişlər, gündəlikdəki məsələlərə dair qərarlar qəbul etmişlər. Dividendlərin verilməsi ilə bağlı müzakirələr aparılmışdır. Holcim Azərbaycan ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun keçirilmişdir.

 

Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88