Ümid qəsəbəsində “Sağlam baxış” aksiyası keçirildi

 

 

Göz xəstəliklərinin bir çoxu erkən yaşlarında meydana çıxır. Məhs buna görə də xəstəliyin diaqnozunun ilkin vaxtlardan qoyulması və düzgün müalicənin təyin olunması vacib şərtlərdən biridir. Bu məqsədlə Holcim Azərbaycan ASC və “Xəzər Qayğıkeşlik layihəsi” İctimai Birliyinin birgə əməkdaşlığı ilə Qaradağ rayon Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri keçirilib. Layihənin məqsədi məktəb yaşlı uşaqları müayinə edərək onların oftalmoloji problemlərini aşkara çıxarmaq və həllinə köməklik göstərməkdir.

 

Holcim-in Gənclər Mərkəzində baş tutan layihə Xəzər Qayğıkeşlik layihəsinin səyyar klinakasının peşəkar həkim oftalmoloqu Könül İmrəliyeva tərəfindən bildirdi: “Bu gün biz qırxa yaxın uşağı əhatə edə bildik. Uşaqlar müayinə edilib və ehtiyacı olanlara müalicə təyin etrik və eynək reseptləri yazdıq. Daha ciddi  müayinə tələb olunan xəsətələrə Xəzər kilinasında müayinə olunmaları üçün təyinatlar verilmişdir”.

 

Mobil klinikanın həkimi uşaqlara və valideynlərə yaz mövsümü ilə əlaqədar mövsümü göz problemləri ilə bağlı faydalı məsləhətlər verdilər. Bu layihə Qaradağ rayon Sahil və Ümid qəsəbələrində ötən illərdə keçirilmişdir. Müayinələrin qarşıdakı aylarda Sahil qəsəbəsində də keçirilməsi nəzərdə tutulub.

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88