Gücümüz həmrəyliyimizdədir və biz buna birlikdə qalib gələcəyik!
Hörmətli Tərəfdaşlar,
Əfsuslar olsun ki, COVİD - 19 Azərbaycan ərazisində yayılmağa başlamışdır. Bu günə olan statistik məlumata görə 122 nəfər virusa yoluxma və 3 ölüm halı qeydə alınmışdır. Virusun yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən hazırlıq işləri və qəti tədbirlər görülür. Çoxumuzun mövcud şəraitə uyğunlaşması tələb olunur. Məktəblərin bağlanmasından tutmuş, ailələrə, dostlara qayğı və işdəki məhdudiyyətlərə qədər bu vəziyyətin hər bir işçiyə mənfi təsir etdiyini bilirəm.
Holcim Azərbaycanda bizim Şirkətin Davamlılıq Komandamız (ŞDK) var. Biz burada vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlamaq, əsas dəyərimiz olan əməkdaşlarımızın təhlükəsiz qalması və müştərilərimizə davamlı xidmət göstərmək üçün görüşlər keçiririk. Biz fövqəladə vəziyyətə uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçiririk.
Bir daha sizi diqqətli olmağa, tövsiyələrə riayət etməyə, sağlamlığınızı etibarlı qorumağa və təhlükəsizliyinizi təmin etməyə çağırıram. Hökümətin qəbul etdiyi qərarları və qaydaları tam yerinə yetirmək vacibdir. Hər birimiz evdə qalmaqla bu problemin həllinə töhfə verməli və ailəmizin yaşlı üzvlərinin qayğısına qalmalıyıq.
İdarə Heyəti olaraq biz müştərilərimizin tələblərini ödəmək məqsədilə hal-hazırda zavodda təhlükəsiz şəraitdə çalışan Holcim Azərbaycan işçilərinə və onlara dəstək göstərənləri yüksək qiymətləndirmək və onlara təşəkkür etmək istəyirik. Bu çətin keçid dövrü bizim komandamızın gücünü göstərəcək.
Gücümüz həmrəyliyimizdədir və biz buna birlikdə qalib gələcəyik!
Hər kəsə sağlam olmaq arzusu ilə
Frederik Guimbal
Baş Direktor
Holcim Azərbaycan ASC
Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan
Tel:( 99412) 441 88 88