Azərbaycan ordusu vətənin müdafiəsinə hazırdır

 

Aprel döyüşləri Azərbaycan ordusunun illərlə formalaşan yüksək döyüş ruhunun olduğunu göstərdi. Bu da peşəkar zabit və əsgərlərin yetişdirilməsinin, döyüş təlimatlarının düzgün aparılmasının və əsgərlərin məişət şəraitinin yaxşılaşdırılmasınınnəticəsidir. Ancaq ölkəmizin müharibə şəraitində olduğunu unutmamalı və daim arxa cəbhədə ordumuza dəstək göstərməliyik. Bunun əyani sübutunu əsagərlərimizlə keçirilən görüşdə aydın görmək olar.

Holcim Azərbaycan ASC Həmkarlar ittifaqı və Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon nümayənfdəliyinin təşəbbüsü ilə bir qrup nümayəndə heyəti Tərtər rayonunda yerləşən hərbi hissələrin birinə səfər etmişdirlər. Görüş Şəhidlər Abidə Xiyabanını və şəhid Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini ziyarəti ilə başlamışdır. Daha sonra tədbir iştirakçıları ön xətdə xidmət edən əsgərlərimizin vəziyyəti ilə yaxından tanış olmuş, məişət və tədris şəraiti ilə maraqlanmışdılar. Qonaqlar şəxsi heyətin qarşısında çıxış edərək onlara bu çətin lakin şərəfli yolda nümunəvi xidmət arzulamış və işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əmin olduqlarını bildirmişlər. Holcim nümayəndəsi  çıxışında qeyd etdi: “Bizim kollektivin şanlı və kədərli tarixçəsi də var. Qaradağ Sementin 7 əməkdaşı vətənin müdafiəsi uğrunda şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin. Biz inanırıq ki torpaqlarımız tezliklə sizin sayənizdə azad ediləcək ”

Tədbirin rəsmi hissəsində hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçular Holcim Azərbaycan ASC Həmkarlar İttifaqı və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən mükafatlandırıldı və bunun davamı olaraq görüş bədii proqramla sona çatmışdır. 

Holcim Azərbaycan Həmkarlar İttifaqı bütün təşkilatıarı bu növ  təşəbbüsləri dəstəkləməyə dəvət edir.

 
 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88