Mükafat fondu iki milyon ABŞ dollar olan VI Beynəlxalq “Lafarge Holcim” müsabiqəsinə sənədlərin qəbulunu açıq elan etdi

4 İyun 2019
 

LafargeHolcim Mükafati peşəkarların dayanıqlı tikinti həllərini memarlıq mükəmməlliyi ilə birləşdirən aparıcı layihələrinin, yeni nəslin cəsarətli ideyalarının axtarışındadır. Sayca 6-cı olan bu beynəlxalq müsabiqə 25 fevral 2020-ci ilədək müraciətlər üçün açıqdır. LafargeHolcim mükafatlar ümumilikdə 2 milyon ABŞ dolları məbləğində pul mükafatı, eləcə də, memarlıq, mühəndislik, şəhərsalma, materiallar, tikinti işlərinin texnologiyası və müvafiq sahələrdən prioritet layihə və konseptlər təklif edir.        

LafargeHolcim Mükafatları əsas kateqoriyasında təqdimatlara dizaynın irəli mərhələlərində olan, yüksək həyata keçirmə ehtimalına malik dayanıqlı tikinti layihələri daxildir. Tikinti/quraşdırma 1 yanvar 2019-cu ildən tez başlamamalıdır. Mükafatların Yeni Nəsil kategoriyası fantastik dizayn konseptləri və dizaynın ilkin mərhələsində olan cəsur ideyalar, o cümlədən, dizayn studiyası və tədqiqat işi axtarışındadır. Bu kateqoriyada iştirak etmək üçün müəlliflərin yaşı 30-dan az olmalıdır. Tələbələrin və gənc peşəkarların dizaynın irəli mərhələsində olan layihələrlə Mükafatların əsas kateqoriyasına müraciət etməsinə icazə verilir.    

Dünyanın beş coğrafi regionundan olan müstəqil ekspert münsiflər heyəti LafargeHolcim Fondunun dayanıqlı tikintisi üçün hərtərəfli “hədəf məsələlər”dən istifadə etməklə təqdimatları qiymətləndirir. Kriteriyalar innovasiya və ötürülmə, etik standartları və sosial inteqrasiya, resurs və ekoloji fəaliyyət, iqtisadi səmərəlilik və uyğunluq, kontekstual və estetik təsiri əhatə edir. Müsabiqə bütün sahələr üzrə sirkulyar düşüncəni və CO2 emissiyasının azaldılmasını təşviq edir. Bu, artan urbanizasiya ilə bağlı bugünün çağırışlarına cavab vermək və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yüksək potensiallı ideyaları müəyyən edir.

Müsabiqədə ərizələrin təqdim edilməsi ödənişsizdir və müəlliflik, layihənin icmalı, texniki təfsilatlar, eləcə də, layihənin təsviri və/və ya şəkli haqqında məlumat vermək məqsədilə internetə əsaslanan formadan istifadə etməklə ingilis dilində hazırlanmalıdır. Mərhələli təlimat prosesi ətraflı şəkildə izah edir və www.lafargeholcim-awards.org -də ərizənin hazırlanma qaydasını göstərir.

2003-cü ildən etibarən, LafargeHolcim Fondu əsasən, dayanıqlı layihə üçün dünyanın ən mühüm müsabiqəsi olan Mükafatlar vasitəsilə dayanıqlı tikintiyə dair mühazirəni irəli sürür. Fond tikinti materialları və həlləri sahəsində qlobal lider olan LafargeHolcim-in təşəbbüsüdür.

 

 

 

Holcim (Azərbaycan) ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:(+99412) 441 88 88