Media

Holcim Azərbaycanda ilk dəfə "USTA MƏNƏM!" peşəkar ustalıq müsabiqəsi keçirdir.

“USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı mütəxəssislərini dəvət edir.
Holcim şirkəti qürur hissi ilə “USTA MƏNƏM!” müsabiqəsinin başladığını elan edir. Müsabiqə Azərbaycanda suvaq və hörgü işlərində 2024-cü ildə ölkənin ən peşəkar ustasını müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Bu müsabiqə peşəkarlar arasında qabaqcıl sement materialları və innovativ qarışıqlar haqqında bacarıq və məlumatların inkişafına dəstək vermək məqsədi daşıyır. Müsabiqədə ölkənin bütün bölgələrindən olan ustalar QR kod vasitəsilə onlayn ərizəni dolduraraq və özləri haqqında qısa videonu +99451 250 80 65 (WhatsApp) nömrəsinə göndərməklə qeydiyyatdan kecərək iştirak edə bilərlər.
Müsabiqə iki mərhələdən ibarətdir: ölkənin 14 rayonunda keçiriləcək seçim mərhələsinə 400- dən cox usta qatılacaq. Hər mərhələnin 2 ən yaxşı nəticə göstərən iştirakçılar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsinə çıxan 28 iştirakçı ilin ən yaxşı ustası adı uğrunda mübarizə aparacaq. Hər bir mərhələdə tapşırıqlar peşəkarlıq, dəqiqlik və səliqə tələb edir. İşlər kərpicdən arakəsmə divarların tikilməsi və suvaq işlərindən ibarətdir. Müsabiqədə iştirak edən bütün iştirakçılar qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin qalibi isə son model olan “Pick-up” avtomobilinin sahibi olacaq. Bundan əlavə, qonaqlara və ustalara müsabiqə zamanı istifadə olunan, Holcim şirkətinin yeni “Tector” quru qarışıqları çeşidinin təqdimatı keciriləcək.
Holcim hər kəsi bu maraqlı müsabiqədə iştirak etməyə dəvət edir.
Ətraflı məlumat üçün www.holcim.az saytına daxil ola bilərsiniz və ya *1010 / 051 250 80 65 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Dəyərli müştərilərin nəzərinə!

 

Holcim Azərbaycan Qaradağ Sement zavodunun istehsal və təchizat xərclərini nəzərə alaraq, o cümlədən təklif etdiyimiz məhsul və xidmətlərin yüksək keyfiyyət və səviyyəsi təmin etmək məqsədi ilə, satışa təqdim olunan sement məhsullarına tətbiq edilən endirimlər 18 yanvar 2021-ci il tarixindən, klinker məhsullarına tətbiq edilən endirimlər 28 yanvar 2021-ci il tarixindən yenidən baxılacaqdır. Müfaviq sənədlər dəyərli müştərilərimizə öncədən təqdim olunacaqdır.

 

 

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı
30.05.2024-cü il tarixdə saat 10.00-da Azərbycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir
küçəsi, 6 ünvanında yerləşən Hyatt Regency otelinin Quba zalında keçiriləcəkdir. Səhmdarların
qeydiyyatı zalın foyesində saat 09.00-dan 09.45-dək aparılacaqdır.
Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi:
1. Holcim (Azərbaycan) ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin
seçilməsi.
2. Holcim (Azərbaycan) ASC-nin 2023-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının
təsdiqlənməsi.
3. 2023-cü ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.
4. Müşahidə Şurasına üzvlərin və Müşahidə Şurasının sədrinin təyin edilməsi.
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi.
6. Holcim (Azərbaycan) ASC və “Holcim” LTD arasında imzalanan Brend Müqaviləsinə
dəyişikliyin təsdiq edilməsi.
7. Holcim (Azərbaycan) ASC ilə “Holcim Technology” LTD arasında imzalanan Sənaye Əqli
Mülkiyyət müqaviləsinə dəyişikliyin təsdiq edilməsi.

Holcim (Azərbaycan) ASC

 

Holcim Azərbaycan ASC

Sahil qəsəbəsi, Salyan şossesi,
Bakı AZ 1083, Azərbaycan

 

Tel:( 99412) 441 88 88