Holcim Azərbaycan olaraq Crescent Development layihəsində bizim də imzamız var! Şəhərin inkişafında mühüm rol oynayan bu prestijli layihənin bir parçası olmaqdan qürur duyuruq!
Holcim Azərbaycan olaraq, dayanıqlı və keyfiyyətli tikinti materialları ilə ölkəmizin memarlıq və infrastrukturunun inkişafına dəyər qatmağa davam edirik.
Güvənilir beton həlləri
Dayanıqlı inşaat materialları
Keyfiyyətli və innovativ
Laçın Beynəlxalq Hava Limanı
Laçın Beynəlxalq Hava Limanı - mürəkkəb dağlıq relyefdə inşa edilmiş, strateji əhəmiyyətə malik mühüm infrastruktur layihəsi.
Bu möhtəşəm layihənin tikintisində Holcim-in yüksək keyfiyyətli sement və tikinti həlləri istifadə olunub. Dayanıqlılıq, möhkəmlik və beynəlxalq standartlara uyğunluq prinsipləri ilə istehsal olunan məhsullarımız Laçın Beynəlxalq Hava Limanının uzunömürlü və etibarlı infrastrukturunun formalaşmasına töhfə verib.
Holcim olaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma layihələrinin bir hissəsi olmaqdan qürur duyuruq.
Mərdəkanda Pasha Real Estate-in həyata keçirdiyi Mardi Mekan layihəsində Holcim məhsulları ilə dayanıqlı və estetik həllər yaratdıq. Bu eksklüziv 46 villadan ibarət kompleksdə hər detal rahatlıq və keyfiyyət hissi ilə seçilir. Holcim-in güclü və uzunömürlü tikinti materialları sayəsində, layihənin həm sahil ab-havasına uyğun, həm də davamlı strukturu təmin edilib.
Bu unikal məkanın hekayəsində bizim izimizi görməkdən qürur duyuruq!