Qaradağ sement zavodunun Holcim Azərbaycan ASC tarixi

 

1949-ci il - SSRİ Nazirlər Sovetinin qərarı ilə Qaradağ Sement Zavodunun tikintisi başlayıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub.

1957-1964-ci illər -  Keçmiş Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir.
1970-1996-ci illər - yüksək ixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində istehsal həcmi 1 500 000 ton olmuşdur. Lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal səbəbindən zavod İsveçrənin Holcim şirkəti tərəfindən özəlləşdirildi.

1999-ci il -  Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan edildi. Sentyabr ayının 25-də müəssisənin səhmlərinin əksər hissəsi Holcim şirkəti tərəfindən alındı. Holcim şirkətinin idarəetmədə ciddi münasibəti istehsal həcmini 2003-cü ildə 900.000 tona, 2004-cü ildə 1.140.000 tona çatmasına səbəb oldu. 2005-ci il üçün istehsal hədəfi 1.300.000 ton olaraq müəyyən olunmuşdur.

2007-ci il - Holcim şirkəti dövlətin tələblərinə uyğun olaraq özəlləşdirmə sənədlərinə sahib olmuşdur. Holcim şirkətin səhmlərinin ən böyük hissəsinə 70 -nə malikdir. Azərbaycan investisiya Şirkəti 10 , AYİB 10 və digər 10 - i isə bir çox səhmdarlardan ibarətdir. 2008-ci ilin mayında İsveçrə Prezidenti cənab Paskal Çouçepin Qaradağ Sement zavodunu ziyarət etmişdir. Şirkətlər Qrupunun yeni investisiyası ilə bağlı və Azərbaycan iqtisadiyyatı üçün vacibliyi məruzə edilmişdir.

14 aprel 2009-cu il  - Yüksək səviyyəli danışıqların ardı olaraq quru üsulla işləyən sobanın təməl qoyma mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Holcim Şirkətlər Qrupunun rəhbəri cənab Markus Akerman iştirakı ilə baş tutmuşdur. Bu, Holcim Azərbaycan ASC-nin yeni soba xəttinin yüksək iqtisadi və siyasi vacibliyinin göstəricisidir.

2012-ci il -  Aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq Holcim Azərbaycan ASC oldu.

10 iyul 2012-ci il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Holcim Şirkətlər Qrupunun rəhbəri cənab Bernard Fontana yeni soba xəttinin açılışında iştirak etmişdir.

2018-ci il - Hazırda Holcim şirkətin səhmlərinin ən böyük hissəsinə malikdir. Şirkətin səhmlərinin 66 -i İsveçrənin Holcim, 24 - i Holcim Auslandbeteiligungs GmbH, 2 - i Azerinvest,  7 - i isə fiziki şəxslərə məxsusdur.