İdarə heyəti

 
 

Xalid Samaka, Baş Direktor

Xalid Holcim şirkətinə 1996-cı ildə qoşulmuş, Texniki, İnsan resursları və İstehsalat sahəsində Şimali Afrika, Avropa və Asiyada böyük təcrübə qazanmışdır. 2017-2020-ci illərdə Xalid uğurla LafargeHolcim Rusiyada rəhbərlik edib.

Xalid Parisin Dauphine Universitetindən Biznesin İdarəolunması və Ecole Centrale Parisdən Mühəndislik üzrə Magistr dərəcəsinə malikdir.

 
 

 

 

 

Dilbər Sultanova, Maliyyə Direktoru

Dilbər Sultanova Holcim Azərbaycan şirkətində 2006-cı ilin aprel ayından fəaliyyət göstərir. O, Bakı Dövlət Universitetindən Tətbiqi və Diaqnostik Riyaziyyat üzrə Magistr və London Kollec Universitetindən İqtisadiyyat üzrə Magistr dərəcəsinə sahibdir.

 

 

Əli Hüseynov, Texniki Direktor

Əli Hüseynov 2000-ci ildən Holcim Azərbaycan şirkətinə qoşulub. 2006-2010-cu illər arası Holcim Bolqarıstanda istehsalatla bağlı bir sıra vəzifələrdə çalışmış və yekunda İstehsalat üzrə Menecer olmuşdur. O, 2010-cu ildə yenidən Holcim Azərbaycana qayıtmış və quru üsulla çalışan yeni soba xəttinin İşə Salınması üzrə Menecer vəzifəsinə təyin olunmuşdur. Əli 2014-cü ilin oktyabr ayından Texniki Direktor vəzifəsinə təyin olunmuşdur. Əli Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetindən İnşaat Mühəndisliyi üzrə magistr dərəcəsi almışdır. Ümumi olaraq, Əli sement istehsalı prosesi ilə bağlı 15 ilə yaxın peşəkar təcrübəyə malikdir.