Milli Holcim Mükafatları Müsabiqəsi

 

 

Holcim Azərbaycan ASC LafargeHolcim Mükafatları müsabiqəsinin Azərbaycan üzrə tərəfdaşıdır.  Holcim Azərbaycan 2014-cü ildə  “Holcim Fondunun” təşkil etdiyi Qlobal Holcim Mükafatları müsabiqəsinin davamı olaraq "NATIONAL HOLCIM AWARDS". müsabiqəsini keçirmişdir.
Müsabiqənin məqsədi davamlı inşaat haqqında mövcud olan adi fikirlər çərçivəsindən kənara çıxaraq, ekoloji, sosial və iqtisadi göstəricilərin tarazlaşdırılmasını nümayiş etdirən layihələrin axtarışına istiqamətlənmişdir. Bu musabiqədə regional Holcim Awards-da iştirak edən layihələr təqdim olunmuşdur. Müsabiqə əsasən müvafiq layihələr üzrə həyata keçirilmişdir:
• Mövcüd və yeni tikinti materialların istifadəsi,
• Dizayn və binaların sistemi,
• Tikinti texnologiyası və prosesi,
• Enerjiden səmərəli istifadə,
• Maraqlı tərəflərin iştirakı,
Layihələr davamlı inşaatın 5 əsas prinsiplərinə uyğun olaraq seçilmişdir. Bunlar:
1) “Tərəqqi”: Yeniliklər və tətbiq edilmə imkanı - layihə yenilikləri, qabaqcıl yanaşmaları və irəliləyişləri nümayiş etdirməsi.
2) "Əhali”: Etik normalar və sosial bərabərlik - layihənin sosial əhəmisi və bütün proseslərdə sosial bərabərlik prinsiplərinə əsaslanması.
3) “Planet”: Ekoloji keyfiyyət və resursların səmərəliliyi –Layihə istismar və texniki xidmət dövrü daxil olmaqla bütün həyat dövrü zamanı təbii resursların səmərəli istifadəsini və idarəolunmasını nümayiş etdirməlidir.
4) “İnkişaf”: İqtisadi göstəricilər və uyğunluq –layihənin innovativ və iqtisadi cəhətdən əlverişli olması, maliyyə vəsaitlərinə qənaət olunması, tikinti dövründə tələb və məhdudiyyətlərə və eyni zamanda iqtisadi vəziyyətə uyğun olması.
5) “Peşəkarlıq”: Kontekst və bədii təsir – layihə qəbul olunmuş memarlıq göstəricilərə cavab verməsi və estetik baxımdan cəlbedici olması
Sonda mükafatlar müvafiq yerlər üzrə birinci yer qızıl mükafat “National Holcim Awards Gold” – 3000 manat, ikinci yer gümüş mükafat “National Holcim Awards Silver” – 2000 manat, üçüncü yer bürünc mükafat “National Holcim Awards Bronze” – 1000 manat olaraq öz sahiblərinə çatmışdır.