Holcim Sement Mərkəzi

 

Tərəfdaşlarına dəstək olmaq məqsədilə Holcim (Azərbaycan) şirkəti təşəbbüs göstərərək bu istiqamətdə ilk addım atmışdır: Sement və onun əsasında beton, tikinti məhlulları və xüsusi qarışıqlarla maraqlanan şəxslər üçün Holcim Sement Mərkəzi adı altında xüsusi görüş yeri yaradılmışdır. 5 oktyabr tarixində keçirilmiş açılış mərasimində fəaliyyətindən faydalanmaq üçün Holcim şirkətinin hazırki və potensial müştəriləri olan müəsissələrin texnoloqları, yerli və xarici layihəçilər, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri bu mərkəzə üzv olmağa dəvət olunublar. Tədbir iştirakçılarına mərkəzə üzv olmağın faydaları haqqında ətraflı məlumat verilmişdir:

• Beton istehsalı sahəsində yeni texnologiyalara aid biliklərin əldə edilməsi
• Mövcud və gələcəkdə yarana biləcək problemlərin həll edilməsi imkanı
• Yerli və beynalxalq standartlar və digər normativ sənədlər barəsində məlumat əldə edilməsi
• İstehsal prosesinin təkmilləşdirilməsi

Mərkəz çərçivəsində yüksək səviyyəli yerli və xarici mütəxəssislər tərəfindən aparılan təlimlər, seminarlar və təqdimatların keçirilməsi, forum və digər növ müzakirələrin təşkil edilməsi nəzərdə tutulur:

• Təlimlər - beton və inşaat məhlulunun düzgün (standartın tələblərinə uygun) istehsalı və onların keyfiyyətinə təsir edən amillərin nəzərə alınması
• Seminarlar - beton və inşaat məhlulu istehsalçılarının rastlaşdığı problemlərin həlli yolları
• Forumlar - beton və inşaat məhlulu sənayesinin indiki və gələcək inkişafı haqqında müzakirələr
• Təqdimatlar - üzvlər üçün öz texniki nailiyyətlərini, innovasiya və uğurlu layihələrini təqdim etmək imkanı
• Tədbirlər - xüsusi biznes və əyləncə tədbirləri