Loqistika

 

Loqistika (Maddi-Texniki Təminat) istənilən şirkətin Dəyər Formalaşması Zəncirində mühüm rol oynayır, və məhsulun istehsalı və realizə olunması prosesinə birbaşa təsir edir. Sement istehsalında istehsalatın kifayət qədər və vaxtında xammalla təmin olunması, həmçinin hazır məhsulun müştərilərə vaxtında və keyfiyyətlə çatdırılması şirkətin loqistika prosesinin hansı dərəcədə effektiv təşkil edilməsindən asılıdır.

Ümumiyyətlə, sement, sifarişdən asılı olaraq alıcılara həm 40 kq-lıq kisələrdə, həm də qalaq şəklində çatdırılır. Qablaşdırılmış sement yük maşınlarına, qalaq sementi isə xüsusi sementdaşıyan maşınlara yüklənir və müştərilərə göndərilir. 1 sementdaşıyan maşın müştərilərə 27 tona qədər sement daşıya bilir. Qeyd etmək lazımdır ki, Holcim (Azərbaycan) ASC-nin istifadə etdiyi sementdaşıyan nəqliyyat vasitərinin 67%-i Euro 3 standartının təhlükəsizlik və ətraf mühitə buraxılan qazların həcmi göstəricilərinə cavab verir. Həmçinin, Holcim (Azərbaycan) ASC-nin sementdaşıyan nəqliyyat vasitələrində GPS sistemi (Qlobal Məkan Təyinetmə Sistemi) quraşdırılmışdır ki, bu da yolda olan sementdaşıyan maşınları izləməyə və daşınma prosesinə nəzarət etməyə imkan verir.

Müştərilərin sementi necə qəbul etməsi üçün Loqistika şöbəsinin məsləhətləri:
1. Yol-nəqliyyat qaiməsini yoxlamaq;
2. Nəqliyyat vasitəsinin zavoddan müştəriyə çatması üçün tələb olunan vaxta diqqət yetirmək;
3. Sementin çatdırılması ilə bağlı hər hansı şübhə yarandığı halda, nəqliyyat vasitələri vəya sürücülərlə problem olduğu halda mütləq zavodda dispetçerə (012 - 4461624) və ya Regional Satış Menecerlərinə məlumat verilməsi;
4. Nəqliyyat vasitəsində olan kisələrin sayının, keyfiyyətinin və plombların nömrəsinin düzgünlüyünün yoxlanılması ;
5. Yol-nəqliyyat qaiməsinin müvafiq hissələrinin doldurulması, imzalanması və möhürlənməsi: Şikayət və qeydlər olduğu halda sürücüdə qalan hər iki qaimədə qeyd olunması;
6. Sementin yük nəqliyyat qaiməsində qeyd olunan ünvanda boşaldılması;

 

Loqistika şöbəsi ilə əlaqə

+99450 250 87 23