Fəaliyyət

 

Hər il 30 ağac qoruyaq

Təbii ehtiyyatlardan səmərəli istifadə və bərpası yönündə, Qaradağ rayonunun ekologiyasına dəstək olmaq Holcim dəyərlərinin tərkib hissəsidir. Aprel ayından başlayaraq Holcim (Azərbaycan) şirkətinin işçiləri zavod ərazisində və şəhər ofisində tullantı kağızları təkrar emal üçün yerli şirkətə xam mal olaraq təqdim etməyə başlamışdır.

Qeyd etmək lazımdır ki, kağız istehsalı prosesi şüşə və polad istehsalı ilə müqayisədə daha çox enerji sərf edir. Bu da 1 ton kağızın təkrar emalı zamanı 15-dən artıq böyük ağacın və yaxud 3 tona yaxın ağacın qorunmasına, 25 ton su, 238 litr yağ və 4100 kilovat-saat (15 GJ) elektrik enerjisinə qənaət deməkdir.

Holcim (Azərbaycan) şirkəti ölkədə ətraf mühitin qorunmasına öz tövhəsini verən qabaqcıl şirkətdir.

 

Regionun yaşillaşdirilmasi

Holcim (Azərbaycan) şirkətin 100 illiyini Qaradağ rayonunda “ağac əkmə və yaşıllaşdırma” könüllülük aksiyası ilə qeyd etdi.

Könüllü şəkildə həyata keçirilən bu təşəbbüs qeyri-adi şəkildə həyata keçirilmişdir. Rayon ərazisində yaşıllığın genişləndirilməsinə tövhə olaraq 150 nəfər işçi 450-yə yaxın ağac əkmişdir. Qarşıdakı illər ərzində də yeni ağaclar əkiləcək ki, bu da yaşıllıq zolağının genişləndirilməsinə imkan yaradacaqdır. Bu təşəbbüs çərçivəsində Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrində su xəttlərinin çəkilməsi, ərazinin təmizlənməsi və ağacların əkilməsi üçün 1200 iş saatı sərf edilmişdir.

Ümumiyyətlə, Holcim (Azərbaycan) şirkətində davamlı inkişafın təşfiq olunması və müvəfəqiyyətli ətraf mühit göstəricilərə nail olan öndəgedən şirkətdir.