Ətraf mühitin qorunması siyəsəti

 

Siyasət

Rəhbərlik və Holcim Azərbaycan  ASC-də çalışan bütün işçilər, ətraf mühitə və insanlara təsiri minimuma endirməklə bərabər eyni zamanda qəbul olunmuş tələblərə tam uyğun sement istehsal etməyi öhdəlik kimi qarşılarına məqsəd qoymuşlar. Keyfiyyəti və ətraf mühiti idarə etmə sisteminin bir hissəsi kimi bütün proseslərin icrası üçün kriteriyaları işləyib hazırlayırıq. İstehsal proseslərini daim təkmilləşdirmək məqsədi ilə texnoloji proseslərin parametrlərini təhlil edirik.

Keyfiyyət

Emal prosesinin və əmələ gələn məhsulun zay olmasının qarşısını almaq  məqsədi ilə yarımfabrikat və son məhsulun yerli və beynəlxalq tələblərə uyğunluğunun yoxlanılmasını təşkil edirik. İstehsal prosesinin və keyfiyyətin təkmilləşdirilməsi sahəsində məqsəd və hədəflərə mütamadi olaraq nəzarət edilməsini və yoxlanılmasını təşkil edirik.

Ətraf Mühit

Təbii ehtiyatlardan səmərəli istifadə edir, tullantıları minimuma endirir, mümkün qədər praktik şəkildə təkrar emalı təşkil edir, zərərli tullantıların miqdarını azaldaraq və imkan daxilində ətraf mühitə dair sağlam siyasətləri olan təchizatçılarla işləyirik. Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində məqsəd və hədəflərin müəyyən edilməsini, onların ardıcıl olaraq nəzərdən keçirilməsini təşkil edirik.