Təhsilə dəstək

 

Sahil qəsəbəsinin gəncləri üçün sənət təlimi kursları

Holcim (Azərbaycan) ASC və İcmanın Məşvərət Şurası Sahil qəsəbəsindən olan gənclər üçün “Sənət Təlimi” kurslarının keçirilməsinə qərar vermişdir. Proqramın iki əsas məqsədi – tikinti sektoru üçün peşəkar mütəxəssislərin yetişdirilməsi və gənclər arasında işsizlik səviyyəsinin aşağı salınması istiqamətində fəaliyyət həyata keçirmişdir. 30 nəfər PVC plastik qapı-pəncərə, suvaqçı, elektrik və iş yerində əməyin təhlükəsizliyi və standartların tətbiqi üzrə təlimlərdə iştirak etmişdir. 2 aylıq təlim proqramını uğurla başa çatdıran iştirakçılar aidiyyatı sahənin mütəxəssisinin nəzarəti altında 1 ay ərzində tikinti sahəsində təcrübi biliklərə yiyələnmişlər. Layihə “Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti” ilə birgə əmədaşlıq layihəsi çərçivəsində həyata keçirilmişdir.

 

Məktəblilər üçun biznesin tədrisi

Qaradağ Sement ASC və Junior Achievement Azərbaycan təşkilatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində, Bakının Sahil və Ümid qəsəbələrində “Məktəblərdə Biznesin Tədrisi Proqramı”nı həyata keçirmişdir. 2010-cu ilin sentyabr ayından 2011-ci ilin oktyabr ayı arasında 940-dan çox şagird iqtisadiyyat və biznesin idarə olunması dərslərini keçmişlər.

Proqramda Sahil qəsəbəsindən 253, 273, 228, 319 saylı orta məktəb, 14 nömrəli internat məktəbi və Ümid qəsəbəsindən 294 saylı məktəb iştirak etmişdir. Proqramın gedişatında 6 müəllimə, orta məktəblərdə “İqtisadiyyat” fənninin keçirilməsinə dair təlim keçirilmişdir, məktəblərə 1000 ədəd “İqtisadiyyat” dərsliyi paylanılmış və proqram iştirakçılarına yeni metodologiyanın istifadəsilə biznes yarışı və sahibkarlıq üzrə təlimlər təqdim edilmişdir.

 

İctimai sağlamlıq-maarifləndirmə proqramı

Əhalini və mütəxəssisləri maarifləndirərək ehtimal olunan virusun yayılmasına qarşı və ondan qorunmalarına dair informasiyanın çatdırılması.Ümumdünya Səhiyyə Təşkilatının ehtimal olunan virusun yayılmasının qarşısını almaq üçün hazırladığı tövsiyyələr əhaliyə və səhiyyə işçilərinə çatdırılmışdır.