İcmanın davamlı inkişafı

 
 

Maraqlı tərəflərin müzakirəsi

İcma Məşvərət Qrupu (İMQ) yerli məsələlərin həlli məqsədilə icma nümayəndələrinin mütəmadi olaraq bir araya gətirilməsi üçün səmərəli bir mexanizmdir. O, bütün əsas maraqlı tərəflər arasında etibar yarada biləcək və müzakirələrə başlamaq üçün əsas qurumdur. İMQ zavod və icma arasında güclü münasibətlərin qurulmasına imkan yaradır.

 

Əlil uşaqlarin reabilitasiya mərkəzlərinin yaradilmasina dəstək 

On ildən artıqdır ki, “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyində xüsusi qayğıya ehtiyyacı olan uşaqların sosial inteqrasiyası proqramı həyata keçirilir. Bu proqramın məqsədi uşaqların bacarıqlarını üzə çıxararaq, özlərini gələcəkdə idarə etməsi üçün imkanlar yaratmaqdır.  Ümumilikdə mərkəzdə 80 nəfər əlilliyi olan uşaqların reabilitasiyası həyata keçirilir. Əlavə olaraq bu uşaqlara Qaradağ rayonu üzrə mobil xidmətlər də göstərilir. Holcim (Azərbaycan) ASC 2001-ci ildən bu layihənin yeganə sponsorudur.

Əlavə məlumat üçün xahiş edirik aşağıdakı linkə baxın: http://www.holcim.az/uploads/AZ/Ventendash_cemiyyeti_N3_2013.pdf