İanə və xeyriyyə

 

Sağlam baxış

Ümid və Sahil qəsəbələrində yaşayan aztəminatlı ailələr, şirkətdə çalışan işçilər və icma üzvləri arasında sağlamlıqlarının qorunması və oftolmoloji xəstəliklərin qarşısının alınması məqsədilə “Sağlam baxış layihəsi” hər il həyata keçirilir. Layihə çərçivəsində təxminən 270 nəfər əhatə olunmuşdur. Ehtiyyacı olanlara refraksiyalar edilmiş, pulsuz eynəklərlə təmin olunmuşlar və gözlə bağlı problemləri qismən aradan qaldırılmışdır. Proqram hər il mütəmadi olaraq keçirilir.

 

Həcc ziyarəti, Qurban, Novruz və Yeni il bayramları

Dini ayinlərə və milli adət ənənələrə hörmət göstərərək işçilərin və yerli əhalinin sosial tələbatlarının ödənilməsi. Dini və Milli adət ənənələrə və maraqlı tərəflərə dəyər vermək. Yerli icma nümayəndələrinin inkişafı üçün məsuliyyəti üzərinə götürmək və aktiv fəaliyyət göstərmək.

 

Keçmiş işçilərə təbriklər

Yubilyarlara diqqət göstərmək məqsədi ilə müəssisə rəhbərliyi hər il keçmiş işçilərin 70, 75, 80, 85 illik yubileyləri qeyd edir.

 

Azərbaycanda İsveçrə mədəniyyəti günləri

Azərbaycan və İsveçrə arasında qarşılıqlı mədəni mübadilələlərin və mədəni əlaqələrin inkişafı: uğurla başa çatan Azərbaycanda İsveç mədəniyyəti günləri bir daha ictimaiyyətə İsveçrə orkestrinin nailiyyətləri və Biznes Sektor tərəfindən bu kimi layihələrin həyata keçirilməsinin vacibliyi barədə məlumat almalarına imkan yaratdı.

Ətraflı məlumat üçün linkə baxın: www.news.az/articles/1561

 

 

Sara Oğuz Nəzirovanın "Seçilmiş əsərləri"nin ingilis dilində çap olunması

Azərbaycan incəsənəti və mədəniyyətinin İngilis dilli oxuculara çatdırılması üçün yeni imkan yaranmışdır. Bu kitab oxuculara müəllifin yaradıcılığı və ümumilikdə Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etmək üçün geniş imkan yaratmışdır.