Xəbərlər

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

16 mart 2017-ci il tarixində saat 10.00-da
Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcəkdir. Ünvan: Hyatt Regency otelin İclas və Konfrans Mərkəzi Bakı şəhəri, AZ 1065, İzmir küçəsi 1033. İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Holcim Azərbaycandan müştərilərə şad xəbər: "Aramızdan su da keçməz!"


Holcim Azərbaycandan müştərilərə şad xəbər

Azərbaycanın tikinti bazarında nəmədavamlı sement kisələrini müştərilərə ilk dəfə Holcim şirkəti təqdim edir. Bu mükəmməl kisələrin xeyli üstünlüyü var. Onları digərlərindən fərqləndirən əsas xüsusiyyət onların 2 saat intensiv yağışa davamlı olması və 12 saat nəm səth üzərində qala bilməsidir. Bu kisələr müştərilərin tikinti meydanlarında və satış sahələrində yağışlı və nəm hava şəraitində daim üzləşdikləri problemləri aradan qaldırır. Sukeçirməz xassəli kağız nəmin içəriyə daxil olmasının qarşısını alır və beləliklə nə sement itkisinə yol verilir, nə də sement öz keyfiyyətini itirir. Yeni texnologiya ilə istehsal olunmuş kisələr nəm və rütübətli şəraitdə adi kisələrdən 8 dəfə daha davamlıdır.

Holcim bu beynəlxalq təcrübəsini Fransa, Bolqarıstan və digər ölkələrdə artıq tətbiq etmişdir.

Kisələrin üzərində əks olunmuş xüsusi çətir işarəsi ilə sukeçirməz Holcim Spesial kisə məhsulunu daha asanlıqla seçib əldə etmək mümkündür. Gələcəkdə payız-qış mövsümü ərəfəsində bu kisələrin Holcim-in digər kisə məhsulları üçün də tətbiq edilməsi nəzərdə tututlur.

Beləliklə sement satıcıları və istifadəçiləri bu kisələri əldə etməklə itki və israfdan xilas olub xeyli vəsait qənaət edə biləcək.

Aramızdan su da keçməz!

Holcim “Payız mövsümünün ilk fürsəti“ kampaniyasına start verir.


1 sentyabr 2016-cı il tarixdən etibarən Holcim Azərbaycan şirkəti “Payız mövsümünün ilk fürsəti“ kampaniyasına start verir. Bakı və regionları əhatə edəcək bu kampaniya Holcim Loyallıq Proqramı çərçivəsində həyata keçirilir. Kampaniya müddətində hər bir Holcim məhsulun alıcısı Holcim sement kisələrinin üzərində olan *1010, barkod və istehsalçı adı olan hissədən kəsib toplayacaq. Sement  kisələrindən toplanılmış hər 25 hissə üzrə 1 ədəd Holcim sement kisəsi hədiyyə alacaq.

Bu günədək şirkətin satış və marketinq strategiyasına uyğun olaraq bir neçə kampaniyalar keçirilmişdir ki, burada da respublikanın müxtəlif bölgələrindən olan sement istifadəçiləri əhatə olunmuşdur.

Holcim Azərbaycan şirkəti loyallıq prinsipinə əsaslanan müştəri yönümlü şirkət olaraq  öz müştəriləri ilə uzunmüddətli münasibətlər qurur və onlara ən yaxşı həll yolları təmin edir.

Holcim – Sizin İnşaat Partnyorunuz ənənəvi Qaradağ sement keyfiyyətilə!

Audio Məlumatı dinləyin

July 25, 2016 09:35 Age: 217 days

Holcim şirkəti Azərbaycan Silahlı Qüvvələri gününü Şəhidlərin xatirəsini yad etməklə qeyd etdi

Holcim (Azərbaycan) şirkəti qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələrinin Gününü şəhidlərin xatirəsinə inşa edilmiş abidəni ziyarət etməklə qeyd etdi.  Abidə Qarabağ uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şirkətin yeddi işçilərinə həsr olunmuşdur.

Tədbirdə Holcim (Azərbaycan) şirkətinin İdarə Heyətinin üzvləri, şirkətdə çalışan 30-dan artıq zabitlər və eyni zamanda Sahil qəsəbəsinin icma nümayəndələri iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə Holcim şirkətinin İdarə Heyətinin üzvi cənab Əli Hüseynov açmışdır. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. O, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci illiyi ilə bağlı ordunun çətin və şərəfli yollardan keçdiyini qeyd etmiş və Ordunun inkişafı yolunda əmək sərf etmiş bütün vətəndaşlara təşəkkür etmişdir.

Daha sonra Holcim şirkətində çalışan müharibə iştirakçıları və veteranlar öz təəssüratlarını bölüşmüşdür.

Sonda abidənin qarşısında xatirə şəkili çəkdirilmişdir.

August 23, 2016 12:54 Age: 188 days

Mükafat fondu iki milyon dollar olan müsabiqə açıq elan edildi

Holcim memar və gənc mütəxəssislərə özünü beynəlxalq miqyasda tanıtmaq imkanı yaradır

Mükafat fondu iki milyon dollar dəyərində olan 5-ci Beynəlxalq LafargeHolcim müsabiqəsi açıq elan edilib.

Bu davamlı inkişafa əsəslanan inşaat layihələri üzrə ən önəmli dünya müsabiqələrindən biridir. Müsabiqə davamlı inkişafa əsəslanan inşaat layihələri üzrə həll yollarını memarlıq inciləri ilə birləşdirən Gələcək Nəsildən ideyalar, eləcə də peşəkarlardan aparıcı layihələr gözləyir. LafargeHolcim Fondu tərəfindən təşkil olunan müsabiqə genişlənən urbanizasiya məsələlərini həll etmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün yüksək potensiala malik ideyaları müəyyən edir. Memarlıq, landşaft dizaynı, şəhərsalma dizaynı, layihələndirmə, texnologiya və tikinti və material mühəndisliyi üzrə layihələr müsabiqəyə onlayn formada qatıla bilərlər; müraciətlər üçün son tarix 21 mart 2017-ci il tarixidir.

Müsabiqə LafargeHolcim Elmi Fondu tərəfindən maliyyələşdirilir. 2003-cü ildən etibarən Fond beynəlxalq Mükafat müsabiqələri, forumlar və nəşrlər vasitəsilə dayanıqlı inşaat üzrə mühazirələrini davam etdirir.

Müsabiqənin əsas kateqoriyasına müasir tikinti və inşaat sektoru üzrə texnoloji, ətraf mühit, sosial-iqtisadi və mədəni məsələlərə dayanıqlı həll yolları, memarlar, planlaşdırıcılar, mühəndislər, müvafiq ixtisaslar üzrə tələbələr, layihə müəllifləri, inşaatçılar və tikinti şirkətləri qatıla bilərlər.

Müsabiqəyə qatılmaq pulsuzdur və müəllif, layihə xülasəsi, texniki detallar, eləcə də layihə şəkilləri və ya illüstrasiyaları təqdim etmək üçün internetdən əldə olunan blank vasitəsilə İngilis dilində təqdim olunmalıdır. İştirakçılar www.lafargeholcim-awards.org. internet səhifəsinə daxil olmaq üçün hazırlıq haqqında təlimat əldə edə və ya Holcim Azərbaycan şirkətinə Texniki dəstək üçün müraciət edə bilərlər.

Faydalı Linklər * 2016/2017-ci il üzrə Mükafat müsabiqəsinə qoşulmaq üçün:www.lafargeholcim-awards.org/enter

Layihəyə daxil olmaq üçün Ardıcıl təlimatları yükləyin: www.lafargeholcim-awards.org/guide

January 25, 2016 10:58 Age: 1 year

Səhmdarların İllik Ümumi Yığıncağı

Hörmətli səhmdarlar, Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 2016-ci il mart ayının 10-da saat 14:00-də Bakı şəhəri, Boulevard Hotel Baku kompleksində keçiriləcəkdir.

December 01, 2014 05:14 Age: 2 yrs

Milli Holcim Mükafatı Müsabiqəsinin qalibləri elan olundu

“Tikinti sahəsində davamlı inkişaf” - bu şüar altında keçirilən Milli Holcim Mükafatı Müsabiqəsinin qalibləri elan olundu. Bu müsabiqə “Holcim Fondunun” təşkil etdiyi Qlobal Holcim Mükafatları müsabiqəsinin davamıdır. Müsabiqə innovativ və avanqard ideyaların yarışması olmaqla yanaşı, layihələr davamlı inşaatın 5 əsas prinsipləri üzərində qurulmuşdur: tərəqqi, əhali, planet, inkişaf və peşəkarlıq. Qaliblər 3 kateqoriya üzrə - qızıl, gümüş və bürünc mükafatlarına layiq görülüb.

Milli Holcim Mükafatına təqdim edilmiş layihələrə geniş tərkibli münsiflər heyəti və mütəxəssislər baxıb.

Mükafatın qalibləri kimlərdir?

Qızıl mükafat “Çoxmərtəbəli bostan” layihəsinin sahibi oldu. Şəhər mərkəzində inşa edilməsi nəzərdə tutulan layihənin əsas məqsədi binada tərəvəz bitkiləri yetişdirilməklə yanaşı, həm də eksperimental labaratoriya funsiyasını həyata keçirəcək ki, bu da ictimaiyyət üçün tərəvəz muzeyi rolunu oynayacaq. Layihənin müəllifi İlqar Əliyev təqdimat zamanı qeyd etdi: “İnşaat sahəsinin imkanları genişlənərək, incəsənət, sosial, ekologiya sahələri ilə artiq birləşib. Belə layihələrin dəstəklənməsi Azerbaycanı Avropanın qabaqcıl ölkələri siyahısında olmasını bir daha təsdiq edəcək.”

Gümüş mükafat “Quba Rayonu Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizati üçün alternativ enerji mənbələrindən istifadə etməklə hibrid sistemin yaradılması” layihəsinə verilib. Xınalıq kəndində əhalinin (220 ev və ya 1800 nəfər) isti su və qazla təchiz olunması üçün hibrid “Günəş-Bioqaz” qurğularının layihələndirilib tikilməsidir. Bioqaz çoxşaxəli enerji mənbəyi kimi, birbaşa isitmə və işıqlandırma məqsədilə istifadə edilə bilməklə yanaşı, elektrik və mexaniki enerjiyə çevrilməsi də mümkündür. Bu mükafat layihənin müəllifi Fərhad Əliyevə verilib.

Bürünc mükafat - Günəş enerjisi hesabına su təmizləyici avadanlıqlarının quraşdırılması ilə seçilən Salyan rayonunda “PV sisteminin yüklənilməsi layihəsidir”. Layihənin müəllifi Fəqan Əliyevdir. Layihədə çərçivə günəş enerjisi hesabına su təmizləyici avadanlıqların quraşdırılması nəzərdə tutulur ki, bu da əhalinin içməli suya olan təlabatının ödəyəcək. Bu tez bir zaman ərzində nəinki Salyan rayonunun əhalisinin, hətta sudan korluq çəkən digər rayonların da içməli su ilə təminatına öz töhvəsini verək.

Qalib layihələrdən əlavə xanım İradə Şirinzadənin müəllifi olduğu “Portland sementin sulfata davamlılığının artırılması yolları layihəsi” müsabiqənin laureatı olmuşdur. Sement daşı və betonun sulfatadavamlılığının artırılması narın üyüdülmüş mineral əlavə və plastikləşdirici əlavələrlə birgə modifikasiyası yolu ilə həyata keçirilmişdir.

100 illik təcrübəmizə əsaslanaraq, Holcim ölkəyə qabaqcıl texnologiya və yüksək iş standartları gətirməklə yanaşı, tərəfdaş təşkilatlara xidmət göstərməklə əlavə dəyər yaratmaqdadır.

September 02, 2014 13:44 Age: 2 yrs

Əməyin təhlükəsizliyi mədəniyyətini əməkdaşlar arası gücləndirilmək üçün Holcim Azərbaycan 1 günlük “Təhlükəsizlik Günü” təşkil etdi

Holcim şirkətinin Vahid Avropa daxilində keçirilən “Əməyin təhlükəsizliyi günü”nə Holcim Azərbaycan ASC də qoşuldu. İşçilər arasında təhlükəsizlik qaydalarına hörmət və riayət və eyni zamanda ƏMTT mədəniyyətinin artırılması bu günün əsas məqsədi kimi seçilmişdi.

Zavod ərazisində təşkil olunan bu aksiya gün ərzində əməkdaşlar üçün interaktiv programla keçirilib. Yol Qaydaları ilə bağlı beş mövzu ətrafında təqdimatlar, video və yekunda tədbir müsabiqə ilə bağlanmışdır.

Mövzuların seçimi də təsadüfi deyil: yolu keçərkən və uşaqların təhlükəsizliyi; nəqliyyatların təhkükəsizliyi; sürərkən təhlükəsizlik; gecə vaxtı sürmə və görsənməyən yerlər. Hər gün muşahidə etdiyimiz yol hadisələri, KİV-də səslənən bədbəxt hadisələr və rəsmi statistika bu problemin aktuallığını təsdiqliyir. Holcim şirkəti əməkdaşların sağlamlığını qoruyaraq bu problemə laqeyid qala bilməz.

ƏMTT üzrə mütəxəssis Əfgan Əsgərov bildirmişdir ki, “özünün və digərlərin sağlamlığı məsuliyyətdən başlayır. Biz effektiv nəzarət sistemi tətbiq edərək, öz üzərimizə düşən öhdəlikləri götürər, daim öz işçilərimiz arasında təbliğat işi aparır və onların biliklərini artırırıq”.

Holcim Azərbaycan hər zaman işçilərin qayğısına qalır və ən yaxşı işə götürən şirkət olmağa çalışmaqdadır.

August 29, 2014 05:38 Age: 3 yrs

Holcim Azərbaycan şirkətinin yeni Sosial dialoq mərhələsi

27 avqust 2014-cü il: Artıq on ildir ki, Holcim şirkəti Həmkarlar İttifaqı ilə uğurlu və etibarlı tərəfdaşlıq etməkdədir. Bu öhdəlik çərçivəsində, bu il Həmkarlar İttifaqı ilə Kollektiv İş Müqaviləsini yeniləndi.

Holcim şirkətinin məqsədi Azərbaycanda ən cəlbedici işə götürən şirkət olmaqdır. Şirkətin Baş Direktoru Rossen Papazov bildirmişdir ki, “Əməkdaşlar Holcim Azərbaycan şirkətinin əsas dəyəridir və bu səbəbdən əməkdaşlara göstərilən daimi diqqətin davamı olaraq, bu dəfə də kollektiv muqaviləni yenilədik”. Müqavilənin tərkib hissəsi olaraq növbəti illər üçün sosial rifahı və iş şəraitini yaxşılaşdırılmaq, əməkdaşlara artan diqqəti göstərmək və yeni imkanlar yaratmağı nəzərdə tutur.

Beynəlxalq şirkət kimi Azərbaycanda fəaliyyət göstərən Holcim Azərbaycan ASC yerli qanunvericiliyin tələblərinə və qaydalara tam əməl edir. İşçilərin məmnunluğu üçün rəhbərlik və Həmkarlar İttifaqı arasında olan sosial əməkdaşlığın inkişafını daimi olaraq gücləndirəcəyik. Nümunə olaraq, əməkdaşlar və onların ailə üzvlərinə şamil olunan illik tibbi sığorta paketini və iki əməkdaş üçün həcc ziyarətinə getməyə maliyyə dəstəyi və digər layihələri vurğulamaq olar.

Əlavə olaraq, Holcim şirkətinin Korporativ Sosial Məsuliyyət proqramlarının tərkib hissəsi olaraq əməkdaşların, onların ailə üzvlərinin və icmanın həyat səviyyəsinin yaxşılaşdırılmasına təkan verir.

Holcim Azərbaycan şirkəti hər zaman əməkdaşların karyera inkişafına, sosial rifahının və sağlamlığının yaxşılaşmasına təkan verir.

August 26, 2014 17:12 Age: 3 yrs

Azərbaycan bölgələrində sement dilərləri ilə görüşlər keçirilmişdi

“Holcim Azərbaycan” şirkəti avqustun 25-dən başlayaraq bir həftə ərzində bir sıra bölgələrimizdə sement satışı ilə məşğul olan dilerlərlə görüşlər keçirəcək.

Birinci görüş Masallı şəhərində baş tutdu. Masallıda keçirilən tədbirdə sement növləri, xüsusən Qaradağ Optimal və Qaradağ Spesial haqqında və eyni zamanda şirkətin təklif etdiyi yeniliklərlə bağlı ətraflı məlumat verildi. Əlavə olaraq, fərqli fəsillər üzrə sement növlərinin düzgün istifadəsi mütəxəssislər tərəfindən qeyd edildi.

Tədbirdə şirkətin Marketinq işləri üzrə mütəxəssisi Mirzə Əliyev bildirdi ki, tikinti işlərində sementin düzgün istifadəsi işin keyfiyyətinə böyük təsir göstərir: “Biz istəməzdik ki, müştərilərimiz çətinliklə üzləşsin. Bu səbəbdən də belə görüşlər hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır.”

Tədbirdə iştirak edən dilerlər də bu tip görüşlərin vacib olduğunu vurğulayıb. “Təqdimatlar zamanı səslənən fikirlərin və tanışlıq prosesinin bizim işimizə əlavə dəyər verməsini” dükan sahibi Misir müəllim əminliklə qeyd etdi.

Dilerlər ilə görüşlər Sabirabad, Bərdə, Şəmkir, Zaqatala, İsmayıllı və Quba bölgələrində də keçiriləcək.

“Holcim Azərbaycan şirkəti müştərilən problemləri və ehtiyyacları ilə maraqlanır, onların yanında olmaqla lazımı dəstəyi göstərməkdədir.

 

 

 

May 19, 2014 11:17 Age: 3 yrs

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Holcim Azərbaycan ASC arasında yeni memorandum

19 may 2014 – Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Holcim Azərbaycan ASC arasında anlaşma memorandumu imzalandı.

Yeni platformanın yaradılması Azərbaycanda sement sənayesi üçün əlavə dəyərdir. Tələbələr sement istehsalında Holcim şirkətinin 100 illik təcrübəsinə əsasən müvafiq bilik və bacarıqları mənimsəyəcəklər.

Qeyd olunan memorandum çərçivəsində Holcim təlim və seminarlar üçün resursları səfərbər edəcək, tələbələr üçün zavod ərazisində ekskursiya təşkil edəcək, Universitetin professor-müəllim heyətini müasir texnologiyalarımızın inkişaf səviyyəsi ilə tanış edəcək və bununla sement istehsalı sənayesində peşəkar mütəxəssislərdən ibarət ehtiyat fondu yaradacaqdır. Beləliklə, qarşılıqlı şəkildə təcrübənin bölüşülməsi və biliyin yayılması gələcəkdə sementin tətbiqi sahəsində səmərəli istifadə olunacaqdır.

Holcim Azərbaycan maraqlı tərəflər üçün dəyər yaratmaqla tikinti sənayesi sahəsində ən nüfuzlu və cəlbedici şirkət olaraq qalmaqda davam edir.

 

Holcim - sement istehsalında 100 ildən artıq dünya təcrübəsi! 

April 17, 2014 06:45 Age: 3 yrs

Yığma dəmir-beton və döşəmə məmulatları istehsalçıları üçün yeni fürsət

Daim müştərilərin yanında olan və onların istəyini nəzərə alan Holcim şirkəti öz keyfiyyəti ilə seçilən “Qaradağ Ekspert” markalı qalaq sementini artıq kisələrdə satışa çıxarmaqdadır.

Müştərilərə Dəstək şöbəsinin meneceri Elnur Qurbanov bildirmişdir ki, “Holcim olaraq bizə hər bir sement istehlakçısının istəyi dəyərlidir. Bu sementin kisədə satışı kiçik və orta həcmli istehlakçılara istədikləri miqdarda sement almaq imkanı yaradır.”

Qaradağ Ekspert sement əsasən dəmir-beton konstruksiyalar üçün yüksək möhkəmlikli betonlar, quru qarışıqlar, izolasiya materialları, döşəmə məmulatları və digər tətbiq sahələrində geniş istifadə olunur..

Laboratoriyada aparılan sınaqlar göstərir ki, ekspert sementinin əsas üstünlüyü yüksək möhkəmlik tələb edən məhsulların istehsal olunmasına əlverişli şərait yaratmasıdır.

Onu da qeyd etmək lazımdır ki, Qaradağ Sement şirkətinin Holcim Azərbaycan olmasından sonra hazırda Spesial, Optimal and Ekspert sement növləri kisə şəkildə; Solid, Ekspert, Ekpert Plus isə qalaq şəklində istehsal olunmaqla müştərilərə çatdırılır.

Müştəri istəyini nəzərə alaraq Holcim tikinti materialları məhsullarının keyfiyyətinin artırılması istiqaməti üzrə daim yüksək texnoloji standartların və istehsal növünün tətbiqini davam etməkdədir.

 

Holcim - sement istehsalında 100 ildən artıq dünya təcrübəsi! 

 

March 14, 2014 09:14 Age: 3 yrs

Holcim, Qaradağ gənclərinin inkişafı üçün yeni məkan yaradıb

13 mart, 2014-cü il (Bakı): Holcim Azərbaycan şirkəti Qaradağ rayonunun Ümid qəsəbəsində Gənclərin İnkişafı Mərkəzini açdı.

Açılışda Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev, Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Holcim Azərbaycan ASC-nin Baş Direktoru cənab Rossen Papazov kimi seçilmiş qonaqların iştirakı Qaradağ rayonunda gənclərə və gənclərlə əlaqədar məsələlərə böyük marağın olduğunu göstərir.

Gənclərin İnkişafı Mərkəzi öyrənmək, rəhbərlik etmək və inkişaf etmək üçün imkanların yaradılmasında əsas hərəkət verici qüvvə olmaq istəyir. O, Ümid qəsəbəsindəki gənclərin təhsil səviyyəsinin artırılmasına və onlar üçün əlverişli sosial şəraitin yaradılmasına yardım edəcəkdir.

İcma üçün ilk dəfə olaraq yeni kitabxana, ingilis dili və kompüter kursları, liderlik və təcrübə proqramları, rəsm və tikiş dərsləri təşkil olunacaq.

Bundan başqa, Mərkəz gənclərin qapalı çərçivədən kənarda yeni insanlarla ünsiyyət qurması və şəbəkələşməsi üçün unikal məkandır. O, informasiya mübadiləsi, eləcə də icmanın rifahı üçün öyrənmək və öz töhfəsini verə bilmək məqsədilə platformanın yaradılması ilə qabaqcıl təcrübənin yayılmasına təkan verəcək.

Mərkəz Holcim şirkətinin əməkdaşlarının, onların ailələrinin və fəaliyyət göstərdiyi icmaların həyat keyfiyyətinin yüksəldilməsi üçün yaradılmışdır.

 

Holcim - sement istehsalında 100 ildən artıq dünya təcrübəsi 

January 27, 2014 13:00 Age: 3 yrs

Bildiriş - İllik Ümumi Yığıncaq

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 2014-cü il 14 mart tarixində Həyat Iclas və Konfrans Mərkəzində keçiriləcəkdir.