FAQ

Hörgü və suvaq işləri üçün hansı Holcim (Azərbaycan) məhsulları istifadə olunmalıdır?

Daxili suvaq, daş və kərpic divar hörgü işləri üçün Optimal (CEM II/B-L 32.5 R), xarici suvaq işləri üçün isə Spesial (CEM II/B-P 32.5 R) sementləri işlənməlidir.

Bir kvadrat metr (1 m2) 40 sm-lik daş divarın hörülməsi üçün neçə kq sementdən hazırlanmış məhluldan istifadə etmək lazımdır?

Təxminən 15 kq sementdən.

Sement adlarındakı rəqəmlər (məs: 32.5, 42.5, 52.5) nəyi göstərir?

Sementin möhkəmlik sinfini

Sement və betonun fərqi nədir?

Sement və beton fərqli məhsullardır. Sement beton qarışığının hazırlanması üçün istifadə olunur, qarışıqdakı tərkib hissələrinin bir-birinə yapışmasını və betonun möhkəmliyini təmin edir

Mən sement almaq istəyirəm. Kimə müraciət etməliyəm?.

Bizdən ilk dəfə sement almaq istəyirsinizsə, bu səhifədə yazıldığı kimi məktub ilə bizə müraciət edə bilərsiniz.

Sement alınması üçün müraciət proseduru

Əlavə məlumat üçün Satış şöbəsinə müraciət edin:
Tel: (99412) 441 88 88

Əlavə məlumat üçün Satış şöbəsinə məktub yazın

Sizdən sement satın almaq üçün minimum və ya maksimum sifariş nə qədər olmalıdır?

Layihənizin tələblərinə uyğun olaraq istədiyiniz miqdarda sement sifariş verə bilərsiniz. Bu barədə Satış şöbəsinə müraciət edin:
012-441 88 88
sales-aze(at)holcim.com

Mən tikinti materiallarının satışı ilə məşğul oluram. Sizin məhsullarınızı da öz məntəqəmdə satmaq istəyirəm. Kimə müraciət etməliyəm?

Holcim şirkəti birbaşa satış məntəqələrinə sement satmır. Layihənizin tələblərinə uyğun olaraq istədiyiniz miqdarda sement sifariş verə bilərsiniz. Bu barədə Satış şöbəsinə müraciət edin:

012-441 88 88
sales-aze(at)holcim.com

Mən kreditlə sement satın almaq istəyirəm. Bu mümkündür? Nə qədər kredit götürə bilərəm?

Holcim şirkəti daimi müştərilər üçün müəyyən meyarlara əsasən kredit cədvəli tərtib etmişdir və bu cədvələ əsasən kreditlə satış mümkündür. Bu barədə ətraflı məlumat üçün Satış şöbəsinə müraciət edin:

012-441 88 88
sales-aze(at)holcim.com

Evdə tikinti işləri üçün sementi necə qarışdırmalıyam?

Ümumi olaraq, Holcim hər bir tətbiq sahəsinə uyğun məhsullar təklif edir.
Fərdi azmərtəbəli ev tikintisində adi beton işlər üçün 1 hissə sementlə 2 hissə qum, 3 hissə çınqıl (həcmə görə) və daha sonra 0,6-0,7 hissə su əlavə edərək yaxşı qarışdırmaq tövsiyə olunur. Holcim şirkəti beton işləri üçün Qaradağ Spesial sementini tövsiyə edir.
Hörgü-suvaq işləri üçün isə 1 hissə sementlə 5 hissə qum (həcmə görə) və daha sonra 1 hissə su əlavə edərək yaxşı qarışdırmaq tövsiyə olunur. Holcim şirkəti hörgü-suvaq işləri üçün Qaradağ Optimal sementini tövsiyə edir.
Sementlərin qarışdırılma nisbətləri və qaydaları haqqında bizim kisələrin üzərində də (arxa hissədə) məlumat verilir. Əlavə məlumat üçün İstehlakçılara Texniki Dəstək şöbəsinə müraciət edin:
012-441 88 88
customer-aze(at)holcim.com

Sement növləri üzrə tövsiyə olunan tətbiq sahələri hansılardır?

Holcim şirkətinin hər bir məhsulu fərqli istifadə sahəsi üçün tövsiyə edilir. Məhsullarımızın tövsiyə edilən istifadə sahələri üçün bu səhifəyə baxın: Məhsullarımız

Mən sementin keyfiyyəti (və ya digər məsələ) ilə bağlı şikayət etmək (təklif vermək) istəyirəm. Kimə müraciət edə bilərəm?

Hər hansı bir şikayətiniz və ya təklifiniz olduğu halda Müştəri Məmnuniyyəti mərkəzinə müraciət edə bilərsiniz:
012-441 88 88
Qaynar xətt: 012-446 29 05
customer-aze(at)holcim.com

Aldığım sement üçün sertifikatları və keyfiyyət sənədlərini haradan əldə edə bilərəm?

Sertifikat və keyfiyyət sənədlərini əldə etmək üçün hansı sementlər üçün istədiyinizi qeyd etməklə İstehlakçılara Texniki Dəstək şöbəsinə müraciət edin:
012-441 88 88
customer-aze(at)holcim.com

Biz müxtəlif reklam xidmətləri təklif edirik və bu barədə Sizinlə görüşmək istəyirik.

Hər hansı bir mal və ya xidmət göstərilməsi ilə bağlı təklifiniz olduqda, Müqavilələr və Təchizat şöbəsinə müraciət edə bilərsiniz:
012-441 88 88

Nəşrimizdə Holcim şirkəti ilə bağlı məlumat yerləşdirmək istəyirik. Kimə müraciət edə bilərik?

Qəzet, jurnal və digər KİV-də müxtəlif növ məlumat yerləşdirilməsi ilə bağlı İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərsiniz:
Tel: (+99412) 441 88 88

 İctimaiyyətlə əlaqələr və Sosial məsələləri üzrə şöbə
Əlaqə üçün