Ətraf mühitin qorunması

HƏR İL 30 AĞAC QORUYAQ

Təbii ehtiyyatlardan səmərəli istifadə və bərpası yönündə, Qaradağ rayonunun ekologiyasına dəstək olmaq Holcim dəyərlərinin tərkib hissəsidir. Aprel ayından başlayaraq Holcim (Azərbaycan) şirkətinin işçiləri zavod ərazisində və şəhər ofisində tullantı kağızları təkrar emal üçün yerli şirkətə xam mal olaraq təqdim etməyə başlamışdır.

Qeyd etmək lazımdır ki, kağız istehsalı prosesi şüşə və polad istehsalı ilə müqayisədə daha çox enerji sərf edir. Bu da 1 ton kağızın təkrar emalı zamanı 15-dən artıq böyük ağacın və yaxud 3 tona yaxın ağacın qorunmasına, 25 ton su, 238 litr yağ və 4100 kilovat-saat (15 GJ) elektrikə qənaət deməkdir.

Holcim (Azərbaycan) şirkəti ölkədə ətraf mühitin qorunmasına öz tövhəsini verən qabaqcıl şirkətdir.

REGİONUN YAŞILLAŞDIRILMASI

Holcim (Azərbaycan) şirkətin 100 illiyini Qaradağ rayonunda “ağac əkmə və yaşıllaşdırma” könüllülük aksiyası ilə qeyd etdi.

Könüllü şəkildə həyata keçirilən bu təşəbbüs qeyri-adi şəkildə həyata keçirilmişdir. Rayon ərazisində yaşıllığın genişləndirilməsinə tövhə olaraq 150 nəfər işçi 450-yə yaxın ağac əkmişdir. Qarşıdakı illər ərzində də yeni ağaclar əkiləcək ki, bu da yaşıllıq zolağının genişləndirilməsinə imkan yaradacaqdır. Bu təşəbbüs çərçivəsində Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrində su xəttlərinin çəkilməsi, ərazinin təmizlənməsi və ağacların əkilməsi üçün 1200 iş saatı sərf edilmişdir.

Ümumiyyətlə, Holcim (Azərbaycan) şirkətində davamlı inkişafın təşfiq olunması və müvəfəqiyyətli ətraf mühit göstəricilərə nail olan öndəgedən şirkətdir.

ƏTRAF MÜHİTİN QORUNMASI SİYASƏTİ

Siyasət
Rəhbərlik və Holcim Azərbaycan  ASC-də çalışan bütün işçilər, ətraf mühitə və insanlara təsiri minimuma endirməklə bərabər eyni zamanda qəbul olunmuş tələblərə tam uyğun sement istehsal etməyi öhdəlik kimi qarşılarına məqsəd qoymuşlar. Keyfiyyəti və ətraf mühiti idarə etmə sisteminin bir hissəsi kimi bütün proseslərin icrası üçün kriteriyaları işləyib hazırlayırıq. İstehsal proseslərini daim təkmilləşdirmək məqsədi ilə texnoloji proseslərin parametrlərini təhlil edirik.

Keyfiyyət
Emal prosesinin və əmələ gələn məhsulun zay olmasının qarşısını almaq  məqsədi ilə yarımfabrikat və son məhsulun yerli və beynəlxalq tələblərə uyğunluğunun yoxlanılmasını təşkil edirik. İstehsal prosesinin və keyfiyyətin təkmilləşdirilməsi sahəsində məqsəd və hədəflərə mütamadi olaraq nəzarət edilməsini və yoxlanılmasını təşkil edirik.


Ətraf Mühit
Təbii ehtiyatlardan səmərəli istifadə edir, tullantıları minimuma endirir, mümkün qədər praktik şəkildə təkrar emalı təşkil edir, zərərli tullantiların miqdarını azaldaraq və imkan daxilində ətraf mühitə dair sağlam siyasətləri olan təchizatçılarla işləyirik. Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində məqsəd və hədəflərin müəyyən edilməsini, onların ardıcıl olaraq nəzərdən keçirilməsini təşkil edirik.