Məhsullar və satış

Holcim (Azərbaycan) ASC Azərbaycanda ilk sement istehsalçısıdır. İstehsal gücümüz, yüksək keyfiyyətli məhsullarımız və müştərilərlə səmimi münasibətlərimiz sement bazarındakı aparıcı mövqeyimizi saxlamağa imkan verir.
Biz müştərilərimizi yüksək keyfiyyətli sementlə təmin etmək üçün ən yaxşı təcrübədən istifadə etməyə çalışırıq və bu məqsədlə məhsullarımızın satışı və paylanması sistemini daim təkmilləşdiririk.
Holcim (Azərbaycan) ASC-in bütün məhsulları EN 197-1:2000 Avropa standartına uyğun istehsal edilir. Bu standart Holcim (Azərbaycan) mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsi tərəfindən AZS 411-2010 (EN 197-1:2000) adı altında təsdiq edilmişdir. Eyni zamanda şirkət tərəfindən istehsal olunan sulfatadavamlı sement növlərinin Azərbaycanda qüvvədə olan GOST 22266-94 standartına uyğunluğu sertifikatlarla təsdiq edilmişdir. Məhsullarımızın vaxtaşırı kənar laboratoriyalarda (Türkiyənin Sement İstehsalçıları Birliyinin, Rusiyanın Cemiscon sirkətinin, ABŞ-nın CTL-Group sınaq mərkəzinin) sınaqdan keçirilməsilə, onların müştərilərimizin tələblərinə uyğunluğu təsdiq edilir.